Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Rusiyanın enerji resursları olmadan Aİ ölkələrinin iqtisadiyyatı sıfıra enib

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 11.10.2023
Abunə olmaq
Avrozonada hazırda neft, neft məhsulları və qaz tədarüklərinə görə artıq pul ödəyirlər. Nəticədə Aİ iqtisadiyyatı, təxminən sıfıra bərabərdir.
BAKI, 11 oktyabr — Sputnik. Aİ ölkələri Rusiyanın enerji resurslarından tamamilə imtina etməyə çalışırlar. Nəticədə onların bütün iqtisadiyyatı sıfır səviyyəsindədir.
Bunu Rusiya Prezidenti Vladimir Putin "Rusiya Enerji Həftəsi"nin plenar iclasında bildirib.
“Bildiyiniz kimi, Avropa ölkələri faktiki olaraq bizim enerji resurslarımızdan imtina ediblər. Tam yox, amma buna çalışırlar - uzun illər Avropa İttifaqının iqtisadi və sosial rifahını təmin edən enerji resurslarımızdan imtina etməyə çalışırlar. Əlbəttə, 100% yox, amma bu, həm də "bu rifahın çox ciddi elementi idi. Bank xidmətləri, yük daşımaları, sığorta ilə bağlı məhdudiyyətlər qoyuldu, həmçinin neft və qazımız üçün qiymətlərin yuxarı həddi müəyyən edildi", - deyə Putin bildirib.
Rusiya Federasiyasının prezidenti bu qərarların Avropa ölkələrinin özlərinə təsirindən danışıb.
“Onlar hazırda neft, neft məhsulları və qaz tədarüklərinə görə artıq pul ödəyirlər. Nəticədə Aİ iqtisadiyyatı, təxminən sıfıra bərabərdir”, - deyə Putin vurğulayıb.
“Bu ilin mart ayından isə sənaye istehsalı tamamilə mənfi zonaya keçid etdi - orada, bizim mütəxəssislərin dediyi kimi, Avrozonada +0,5% artım var. Bu, yəqin ki, İtaliya və İspaniyanın hesabınadır. Bilmirəm, baxmaq lazımdır, həmkarlarımız baxacaq ki, bəzilərində artım hansı səbəbdən baş verir? Görünür ki, daşınmaz əmlak böyüyür, turizm sektoru Coviddən sonra ayağa qalxır, amma sənayedəki göstərici - ümumiyyətlə mənfidir”, - deyə o qeyd edib.
Xəbər lenti
0