Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Qərbin hərəkətləri qlobal enerji bazarına xaos gətirib

© Sputnik / Александр ВильфPutin
Putin - Sputnik Azərbaycan, 1920, 11.10.2023
Abunə olmaq
Siyasiləşdirilmiş addımların mənfi nəticələri bütün qlobal iqtisadiyyata təsir edib.
BAKI, 11 oktyabr — Sputnik. Qərbin hərəkətləri qlobal enerji bazarına, o cümlədən neft bazarına xaos gətirib və bu, bütün qlobal iqtisadiyyata təsir edir.
Bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Bəzi həmkarlarımızın, Qərb elitasının hərəkətləri qlobal enerji bazarına, o cümlədən neft bazarına xaos gətirib. Bu cür siyasiləşdirilmiş addımların mənfi nəticələri bütün qlobal iqtisadiyyata təsir edib. Hazırda bu sahədə düzəlişlər edilməlidir. Bunu etmək də, əlbəttə ki, məsuliyyətli bazar iştirakçılarının üzərinə düşür", - deyə Putin Rusiya Enerji Həftəsinin plenar iclasında bildirib.
Xəbər lenti
0