https://sputnik.az/20231011/moskva-ve-baki-sulhmeramlilarin-qarabagda-qalmasi-rejimini-muzakire-edecekler---peskov-459494798.html
Moskva və Bakı sülhməramlıların Qarabağda qalması rejimini müzakirə edəcəklər - Peskov
Moskva və Bakı sülhməramlıların Qarabağda qalması rejimini müzakirə edəcəklər - Peskov
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, de-fakto və de-yure Rusiya sülhməramlıları Azərbaycan ərazisindədir. 11.10.2023, Sputnik Azərbaycan
2023-10-11T13:36+0400
2023-10-11T13:36+0400
2023-10-11T13:37+0400
dmitri peskov
moskva
bakı
rusiya sülhməramlıları
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/09/04/458296839_0:0:2884:1623_1920x0_80_0_0_e384eb3cd83c5033aef063e8d5147140.jpg
BAKI, 11 oktyabr — Sputnik. Rusiya sülhməramlı kontingentinin Qarabağ bölgəsində gələcək fəaliyyəti məsələsi Moskva və Bakı arasında müzakirə olunacaq. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. "Sülhməramlıların sonrakı rejimi Azərbaycan tərəfi ilə müzakirə olunacaq", - Peskov jurnalistlərin MDB-nin Bişkekdə keçiriləcək sammitindəki danışıqlar zamanı bu mövzunun müzakirə olunub-olunmayacağı ilə bağlı sualına cavabında deyib. Kreml nümayəndəsi qeyd edib: "Əlbəttə, biz erməni dostlarımızla da əlaqələrimizi davam etdirəcəyik". Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının Qarabağı tərk etsələr, Ermənistana yerləşdirilə bilməyəcəkləri, ancaq Rusiyaya qayıtmalı olacaqları ilə bağlı sözlərinə münasibət bildirən Peskov vurğulayıb ki, bu məsələ iki ölkə lideri arasında telefon danışığı zamanı müzakirə olunmayıb. "De-fakto və de-yure bizim sülhməramlılarımız Azərbaycan ərazisindədir, bunu Ermənistanın baş naziri Paşinyan da qəbul edir", - Kreml nümayəndəsi əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/04/458296839_153:0:2884:2048_1920x0_80_0_0_b74b74effff6fe12d1153267ba2138ab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri peskov, moskva, bakı, rusiya sülhməramlıları
dmitri peskov, moskva, bakı, rusiya sülhməramlıları
Moskva və Bakı sülhməramlıların Qarabağda qalması rejimini müzakirə edəcəklər - Peskov
13:36 11.10.2023 (Yenilənib: 13:37 11.10.2023) Rusiya prezidentinin mətbuat katibi bildirib ki, de-fakto və de-yure Rusiya sülhməramlıları Azərbaycan ərazisindədir.
BAKI, 11 oktyabr — Sputnik. Rusiya sülhməramlı kontingentinin Qarabağ bölgəsində gələcək fəaliyyəti məsələsi Moskva və Bakı arasında müzakirə olunacaq. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Sülhməramlıların sonrakı rejimi Azərbaycan tərəfi ilə müzakirə olunacaq", - Peskov jurnalistlərin MDB-nin Bişkekdə keçiriləcək sammitindəki danışıqlar zamanı bu mövzunun müzakirə olunub-olunmayacağı ilə bağlı sualına cavabında deyib.
Kreml nümayəndəsi qeyd edib: "Əlbəttə, biz erməni dostlarımızla da əlaqələrimizi davam etdirəcəyik".
Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının Qarabağı tərk etsələr, Ermənistana yerləşdirilə bilməyəcəkləri, ancaq Rusiyaya qayıtmalı olacaqları ilə bağlı sözlərinə münasibət bildirən Peskov vurğulayıb ki, bu məsələ iki ölkə lideri arasında telefon danışığı zamanı müzakirə olunmayıb.
"De-fakto və de-yure bizim sülhməramlılarımız Azərbaycan ərazisindədir, bunu Ermənistanın baş naziri Paşinyan da qəbul edir", - Kreml nümayəndəsi əlavə edib.