https://sputnik.az/20231011/abs-ozunun-varlanmasi-ucun-munaqiseleri-qizisdirir--volodin-459504842.html
ABŞ özünün varlanması üçün münaqişələri qızışdırır – Volodin
ABŞ özünün varlanması üçün münaqişələri qızışdırır – Volodin
Sputnik Azərbaycan
Amerikanın ən böyük silah şirkətlərinin səhmləri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra bahalaşıb. 11.10.2023, Sputnik Azərbaycan
2023-10-11T22:29+0400
2023-10-11T22:29+0400
2023-10-11T22:29+0400
vyaçeslav volodin
rusiya
abş
ukrayna
birinci dünya müharibəsi
üdm
dövlət duması
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438048098_0:0:3072:1728_1920x0_80_0_0_cd462913963493b292db2ecfa17aacb7.jpg
BAKI, 11 oktyabr — Sputnik. ABŞ öz varlanması üçün münaqişələri qızışdırır, Amerikanın aviadaşıyıcıları isə müharibəyə başlamaq üçün İsrail və Fələstin sahillərinə üz tutublar. Bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib. "Vaşinqton özünü zənginləşdirmək üçün silahlı münaqişələri qızışdırır. İndi də Amerikanın təyyarədaşıyan gəmiləri sülhü təmin etmək deyil, ABŞ üçün faydalı olan növbəti müharibəyə başlamaq məqsədi ilə Fələstin və İsrail sahillərinə doğru irəliləyirlər", - deyə Volodin özünün "Teleqram" kanalında yazıb. Onun sözlərinə görə, Vaşinqton silahlı münaqişələrdən əsas faydalanan tərəfdir. Dövlət Dumasının spikeri qeyd edib ki, Amerikanın ən böyük silah şirkətlərinin səhmləri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra bahalaşıb. "Vaşinqton həmişə milyonlarla insanın faciəsindən öz iqtisadi maraqlarını təmin etmək üçün istifadə edib", - deyə o bəyan edib. Volodin onu da xatırladıb ki, Birinci Dünya Müharibəsinin nəticələrindən sonra ABŞ-ın ÜDM-i, təxminən iki dəfə artıb, dollar isə funtu sıxışdıraraq dünya valyutasına çevrilib. İkinci dünya müharibəsi zamanı ABŞ müttəfiqlərə kreditlə hərbi yardım göstərərək qeyd edib ki, lend-liz üzrə tədarükün əsas alıcıları Böyük Britaniya və SSRi olub. Dövlət Dumasının spikeri vurğulayıb ki, Rusiya lend-liz üçün sovet borcunu yalnız 2006-cı ildə ödəyib. "Onilliklər keçib, amma ABŞ-ın metodları dəyişməyib. Biz bunu Əfqanıstanda, İraqda, Liviyada, Suriyada gördük. Bu gün Ukraynada da görürük. Necə deyərlər, kiminə müharibə, kiminə də anası əzizdir", - deyə o, əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0b/438048098_341:0:3072:2048_1920x0_80_0_0_7dfcd7fe340ac14e1a63617afa1d7004.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
vyaçeslav volodin, abş, ukrayna, birinci dünya müharibəsi, üdm, dövlət duması
vyaçeslav volodin, abş, ukrayna, birinci dünya müharibəsi, üdm, dövlət duması
ABŞ özünün varlanması üçün münaqişələri qızışdırır – Volodin
Amerikanın ən böyük silah şirkətlərinin səhmləri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra bahalaşıb.
BAKI, 11 oktyabr — Sputnik. ABŞ öz varlanması üçün münaqişələri qızışdırır, Amerikanın aviadaşıyıcıları isə müharibəyə başlamaq üçün İsrail və Fələstin sahillərinə üz tutublar.
Bunu Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
"Vaşinqton özünü zənginləşdirmək üçün silahlı münaqişələri qızışdırır. İndi də Amerikanın təyyarədaşıyan gəmiləri sülhü təmin etmək deyil, ABŞ üçün faydalı olan növbəti müharibəyə başlamaq məqsədi ilə Fələstin və İsrail sahillərinə doğru irəliləyirlər", - deyə Volodin özünün "Teleqram" kanalında yazıb.
Onun sözlərinə görə, Vaşinqton silahlı münaqişələrdən əsas faydalanan tərəfdir. Dövlət Dumasının spikeri qeyd edib ki, Amerikanın ən böyük silah şirkətlərinin səhmləri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra bahalaşıb.
"Vaşinqton həmişə milyonlarla insanın faciəsindən öz iqtisadi maraqlarını təmin etmək üçün istifadə edib", - deyə o bəyan edib.
Volodin onu da xatırladıb ki, Birinci Dünya Müharibəsinin nəticələrindən sonra ABŞ-ın ÜDM-i, təxminən iki dəfə artıb, dollar isə funtu sıxışdıraraq dünya valyutasına çevrilib. İkinci dünya müharibəsi zamanı ABŞ müttəfiqlərə kreditlə hərbi yardım göstərərək qeyd edib ki, lend-liz üzrə tədarükün əsas alıcıları Böyük Britaniya və SSRi olub. Dövlət Dumasının spikeri vurğulayıb ki, Rusiya lend-liz üçün sovet borcunu yalnız 2006-cı ildə ödəyib.
"Onilliklər keçib, amma ABŞ-ın metodları dəyişməyib. Biz bunu Əfqanıstanda, İraqda, Liviyada, Suriyada gördük. Bu gün Ukraynada da görürük. Necə deyərlər, kiminə müharibə, kiminə də anası əzizdir", - deyə o, əlavə edib.