Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə İran arasında münasibətləri strateji hesab etmək olar - Lavrov

© Sputnik / Александр Вильф / Mediabanka keçidLavrov
Lavrov - Sputnik Azərbaycan, 1920, 10.10.2023
Abunə olmaq
Rusiya XİN rəhbəri qeyd edib ki, iki ölkə arasında ən yüksək səviyyədə müntəzəm məxfi dialoq aparılır.
BAKI, 10 oktyabr — Sputnik. Rusiya-İran münasibətlərini strateji hesab etmək olar. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya XİN-in saytında dərc olunan "Expo-Russia Iran" Tehran biznes forumunun iştirakçılarına təbrikində bildirib.
"Dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-İran münasibətləri bu gün haqlı olaraq strateji hesab oluna bilər. Ən yüksək səviyyədə müntəzəm məxfi dialoq aparılır, hökumətlər, parlamentlər, nazirlik və idarələr, regionlar və biznes strukturları arasında əməkdaşlıq intensiv şəkildə inkişaf edir", - Lavrov qeyd edib.
Rusiya XİN rəhbəri bildirib ki, uzun illər səmərəli qarşılıqlı fəaliyyət zamanı Rusiya və İran hər iki ölkəyə transformasiya olunan dünya iqtisadi sistemində öz mövqelərini inamla möhkəmləndirməyə imkan verən nəhəng müsbət zəmin yaradıblar.
"Bu mənada, bu günlərdə İran paytaxtında keçirilən forum sənaye, ticarət və investisiya, nəqliyyat, enerji, elmi-texniki və bir çox digər prioritet sahələrdə ikitərəfli əməkdaşlığın gələcək təşviqi üçün böyük, həqiqətən də mühüm hadisədir",- deyə o qeyd edib.
Xəbər lenti
0