Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb əsl "yalan imperiyası"dır - Lavrov

© Sputnik / Виталий БелоусовSerqey Lavrov
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 10.10.2023
Abunə olmaq
Rusiya XİN rəhbəri bildirib ki, Rusiya rəhbərliyinə NATO-nun Şərqə doğru genişlənməməsi ilə bağlı konkret təminatlar verilmişdi.
BAKI, 10 oktyabr — Sputnik. ABŞ-ın başçılıq etdiyi dar qrup Qərb dövlətləri hadisələrin təbii gedişatını ləngitmək və əlçatmaz hökmranlıqlarını saxlamaq üçün neokolonial üsullardan istifadə etməyə çalışırlar. Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib.
Rusiya XİN rəhbəri qeyd edib ki, "kollektiv Qərb"in əlamətdar xüsusiyyəti uzun müddətdir ki, bərabərlik prinsipinin rədd edilməsi və bununla bağlı danışıqlar apara bilməməsidir: "Dünyanın qalan hissəsinə yuxarıdan aşağı baxmağa vərdiş edən "lider" – "izləyici" məntiqinə uyğun olaraq, amerikalılar və onların Avropa peykləri tez-tez yazılı və hüquqi qüvvəyə malik olan öhdəliklər götürürlər. Sonra onlar həyata keçirilmir. Prezident V.V.Putinin qeyd etdiyi kimi, Qərb əsl "yalan imperiyasıdır".
""Soyuq Müharibə" başa çatdıqdan sonra SSRİ Almaniyanın birləşməsində və yeni Avropa təhlükəsizlik arxitekturasının parametrlərinin razılaşdırılmasında həlledici rol oynadığı zaman Sovet və sonra Rusiya rəhbərliyinə NATO-nun Şərqə doğru genişlənməməsi ilə bağlı konkret təminatlar verildi. Danışıqların müvafiq qeydləri bizim və Qərbin arxivlərindədir. Lakin Qərb liderlərinin bu vədləri bir yalan oldu, onların bunu yerinə yetirmək niyyəti yox idi. Onlar həmçinin NATO-nu Rusiya sərhədlərinə yaxınlaşdırmaqla ATƏT-in 1999-2010-cu illərdə ən yüksək səviyyədə əldə edilmiş razılaşmaları,başqalarının təhlükəsizliyi hesabına öz təhlükəsizliyini gücləndirməmək və hər hansı bir ölkə, bir qrup ölkə və ya təşkilatın Avropada hərbi-siyasi üstünlüyünə yol verməmək barədə rəsmi öhdəliklərini kobud şəkildə pozduqlarından heç vaxt utanmayıblar: NATO etməməyi vəd etdiyi şeyi israrla etdi və edir" - deyə Rusiya XİN rəhbəri qeyd edib.
Xəbər lenti
0