https://sputnik.az/20231010/lavrov-musbet-tendensiyalar-qerbin-daha-aqressiv-cehdleri-ile-ziddiyyet-teskil-edir-459477136.html
Lavrov: "Müsbət tendensiyalar Qərbin daha aqressiv cəhdləri ilə ziddiyyət təşkil edir"
Lavrov: "Müsbət tendensiyalar Qərbin daha aqressiv cəhdləri ilə ziddiyyət təşkil edir"
Sputnik Azərbaycan
Rusiyalı nazir qeyd edib ki, Avrasiyada ŞƏT, ASEAN, KTMT, Aİİ, MDB, Çinin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində inteqrasiya proseslərinin... 10.10.2023, Sputnik Azərbaycan
2023-10-10T20:12+0400
2023-10-10T20:12+0400
2023-10-10T21:32+0400
rusiya xin rəhbəri sergey lavrov
rusiya
sergey lavrov
abş
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427996324_0:0:3071:1728_1920x0_80_0_0_f8d5e18638409283e8c7501813ddd8e9.jpg
BAKI, 10 oktyabr — Sputnik. BMT-də islahatların aparılması üçün bütün səylər beynəlxalq hüququn aliliyinin bərqərar olmasına və Təşkilatın dünya siyasətinin mərkəzi əlaqələndirici orqanı kimi dirçəldilməsinə yönəldilməlidir. Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib. Onun sözlərinə görə, eyni zamanda, Qlobal Cənubun maraqlarını əks etdirən yeni tipli assosiasiyaların potensialından tam şəkildə istifadə edilməlidir: "Bu, ilk növbədə, Yohannesburq sammitindən sonra nüfuzunu xeyli artıran və həqiqətən qlobal təsir əldə edən BRİKS-dir. Regional səviyyədə Afrika İttifaqı, Ərəb Liqası və digər strukturlar kimi təşkilatların renessansı müşahidə olunur. Avrasiyada ŞƏT, ASEAN, KTMT, Aİİ, MDB, Çinin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində inteqrasiya proseslərinin uyğunlaşdırılması geniş vüsət alır. İstisnasız olaraq qitəmizin bütün birliklərinin və ölkələrinin iştirakı üçün açıq olan Böyük Avrasiya Tərəfdaşlığının təbii formalaşması mövcuddur". Lavrov qeyd edib ki, müsbət tendensiyalar Qərbin dünya siyasətində, iqtisadiyyatında və maliyyəsində hökmranlığını saxlamaq üçün getdikcə daha aqressiv cəhdləri ilə ziddiyyət təşkil edir: "Dünyanın təcrid olunmuş ticarət bloklarına və makroregionlara parçalanmasının qarşısını almaq ümumi maraqlara uyğundur. Amma əgər ABŞ və onun müttəfiqləri qloballaşma proseslərinə ədalətli, bərabərhüquqlu xarakter verməklə razılaşmaq istəmirlərsə, o zaman qalanlar nəticə çıxarmalı və özlərinin sosial-iqtisadi inkişafı üçün perspektivlərin açılmasına kömək edəcək addımlar barədə düşünməli olacaqlar".
https://sputnik.az/20231010/a-vasinqtonla-birge-cenubi-qafqazda-sabitliyin-pozulmasina-sebeb-olur---lavrov-459450736.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427996324_340:0:3071:2048_1920x0_80_0_0_9614f615104fe314722e689ef01c9387.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin rəhbəri sergey lavrov, sergey lavrov, abş
rusiya xin rəhbəri sergey lavrov, sergey lavrov, abş
Lavrov: "Müsbət tendensiyalar Qərbin daha aqressiv cəhdləri ilə ziddiyyət təşkil edir"
20:12 10.10.2023 (Yenilənib: 21:32 10.10.2023) Rusiyalı nazir qeyd edib ki, Avrasiyada ŞƏT, ASEAN, KTMT, Aİİ, MDB, Çinin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində inteqrasiya proseslərinin uyğunlaşdırılması geniş vüsət alır.
BAKI, 10 oktyabr — Sputnik. BMT-də islahatların aparılması üçün bütün səylər beynəlxalq hüququn aliliyinin bərqərar olmasına və Təşkilatın dünya siyasətinin mərkəzi əlaqələndirici orqanı kimi dirçəldilməsinə yönəldilməlidir.
Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, eyni zamanda, Qlobal Cənubun maraqlarını əks etdirən yeni tipli assosiasiyaların potensialından tam şəkildə istifadə edilməlidir:
"Bu, ilk növbədə, Yohannesburq sammitindən sonra nüfuzunu xeyli artıran və həqiqətən qlobal təsir əldə edən BRİKS-dir. Regional səviyyədə Afrika İttifaqı, Ərəb Liqası və digər strukturlar kimi təşkilatların renessansı müşahidə olunur. Avrasiyada ŞƏT, ASEAN, KTMT, Aİİ, MDB, Çinin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində inteqrasiya proseslərinin uyğunlaşdırılması geniş vüsət alır. İstisnasız olaraq qitəmizin bütün birliklərinin və ölkələrinin iştirakı üçün açıq olan Böyük Avrasiya Tərəfdaşlığının təbii formalaşması mövcuddur".
Lavrov qeyd edib ki, müsbət tendensiyalar Qərbin dünya siyasətində, iqtisadiyyatında və maliyyəsində hökmranlığını saxlamaq üçün getdikcə daha aqressiv cəhdləri ilə ziddiyyət təşkil edir:
"Dünyanın təcrid olunmuş ticarət bloklarına və makroregionlara parçalanmasının qarşısını almaq ümumi maraqlara uyğundur. Amma əgər ABŞ və onun müttəfiqləri qloballaşma proseslərinə ədalətli, bərabərhüquqlu xarakter verməklə razılaşmaq istəmirlərsə, o zaman qalanlar nəticə çıxarmalı və özlərinin sosial-iqtisadi inkişafı üçün perspektivlərin açılmasına kömək edəcək addımlar barədə düşünməli olacaqlar".