Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Fələstin liderinin Rusiyaya gözlənilən səfərini şərh edib

© iStock.com / Sergey SokolnikovKreml
Kreml  - Sputnik Azərbaycan, 1920, 10.10.2023
Abunə olmaq
Peskov deyib ki, Mahmud Abbasın səfəri üçün hələlik dəqiq tarix yoxdur, onlar diplomatik kanallar vasitəsilə razılaşdırılır.
BAKI, 10 oktyabr — Sputnik. Fələstin Prezidenti Mahmud Abbasın Rusiyaya səfəri əvvəlcədən planlaşdırılıb.
Bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Fələstin liderinin səfəri üçün hələlik dəqiq tarix yoxdur, onlar diplomatik kanallar vasitəsilə razılaşdırılır.
"Səfər əvvəlcədən planlaşdırılıb. Hələ tarix yoxdur. Dəqiq tarixlər diplomatik kanallarla razılaşdırıla bilər. Hələlik bu məsələ ilə bağlı deyəcək heç nə yoxdur", - deyə Kremlin sözçüsü bildirib.
Peskov Abbasın Rusiyaya səfəri ilə bağlı məlumatı hər şey "nəhayət müəyyənləşəndə" açıqlayacağına söz verib. O əlavə edib ki, Moskva Fələstinlə təmasları davam etdirəcək.
Bundan əvvəl Kreml Ukrayna lideri Vladimir Zelenskinin Rusiyanın İsraildəki münaqişədə iştirakı ilə bağlı sözlərini təkzib etmişdi.
Xəbər lenti
0