https://sputnik.az/20231010/azerbaycan-ve-rusiya-qarsiliqli-tedarukler-zamani-nezaret-proseslerini-optimallasdirir-459412619.html
Azərbaycan və Rusiya qarşılıqlı tədarüklər zamanı nəzarət proseslərini optimallaşdırır
Azərbaycan və Rusiya qarşılıqlı tədarüklər zamanı nəzarət proseslərini optimallaşdırır
Sputnik Azərbaycan
Rusiya idarəsinin məlumatına görə, "Rosselxoznadzor" və AQTA ardıcıl olaraq alqoritmlər hazırlayır və nəticədə hər iki ölkədə həm heyvandarlıq, həm də... 10.10.2023, Sputnik Azərbaycan
2023-10-10T09:06+0400
2023-10-10T09:06+0400
2023-10-10T09:06+0400
rusiya
rusiya
"rosselxoznadzor"
aqta
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698936_0:82:3071:1809_1920x0_80_0_0_28c263a26bffc16a3114eef504f9caa7.jpg
BAKI, 9 oktyabr — Sputnik. İkitərəfli ticarətin miqyasını nəzərə alaraq, Azərbaycan və Rusiya yaxın gələcəkdə qarşılıqlı tədarük zamanı nəzarət proseslərinin optimallaşdırılması üçün bir sıra addımlar atacaqlar. Bu barədə "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Moskvada keçirilən görüşündə bildirilib. Rusiya idarəsindən verilən məlumata görə, "Rosselxoznadzor" və AQTA ardıcıl olaraq alqoritmlər hazırlayır ki, bu da nəticədə hər iki ölkədə həm heyvandarlıq, həm də bitkiçilik sahəsi üzrə nəzarət sistemlərinin ekvivalentliyinin tanınmasına səbəb olmalıdır. Bu, bir sıra nəzarət tədbirlərindən sistemli şəkildə imtina etməyə və idarələrin zəmanəti altında ticarəti həyata keçirməyə imkan verəcəkdir. Sergey Dankvert Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə beş illik birgə fəaliyyət nəticəsində əldə edilmiş ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib. Bu müddət ərzində bir sıra ciddi problemləri konstruktiv şəkildə həll etmək, ticarət axınlarına nəzarət etmək və hər iki ölkənin sahibkarları arasında kommersiya əməkdaşlığının inkişafına kömək etmək üçün səmərəli sistem qurmaq mümkün olub. Dankvertin sözlərinə görə, bu il ölkələr arasında ticarət balansı demək olar ki, bərabərləşib. Pul ekvivalentində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü 465 milyon dollar, Rusiyadan Azərbaycana isə 494 milyon dollar həcmində həyata keçirilib. Rusiya Azərbaycana buğda və un, diri mal-qara, quş əti, yumurta, kartof və digər məhsulların göndərilməsini artırıb. Rusiya idarəsinin rəhbəri qeyd edib ki, Azərbaycan süd məhsulları, toxum və çəyirdəkli meyvələr, qoz-fındıq tədarükünü artırıb və ənənəvi olaraq Rusiyaya pomidor, xurma, alma və ərzaqlıq kartofunun ixracı üzrə lider mövqeyini qoruyub saxlayıb. Diri heyvanların aktiv ticarətini nəzərə alan idarələr mal-qaranın identifikasiyası məsələsinin tez bir zamanda həll edilməsinin zəruriliyi barədə razılığa gəliblər. Ölkələr arasında daşınan bütün heyvanlar beynəlxalq tələblərə cavab verən etiketləmə vasitələri ilə mütləq müəyyən edilməlidir. Elmi əməkdaşlıq baxımından tərəflər vəhşi heyvanların quduzluğa qarşı peyvənd olunması üzrə birgə proqramın hazırlanması barədə razılığa gəliblər. Azərbaycan, həmçinin heyvanları yeni serotip - SAT-2-dən qoruyan dabaq (ağızyarası) xəstəliyinə qarşı Rusiyanın çoxvalentli peyvəndinin öz ərazisində tətbiqində də maraqlıdır. Dərman "Rosselxoznadzorun" tabeliyində olan Ümumrusiya Elmi-Tədqiqat Damaq və Ağız Xəstəlikləri İnstitutu Federal Dövlət Büdcə Təşkilatı tərəfindən istehsal olunur.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42269/89/422698936_340:0:3071:2048_1920x0_80_0_0_dbd6a6bad4d838d6f889f7a9c5c194ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, "rosselxoznadzor", aqta, azərbaycan
rusiya, "rosselxoznadzor", aqta, azərbaycan
Azərbaycan və Rusiya qarşılıqlı tədarüklər zamanı nəzarət proseslərini optimallaşdırır
Rusiya idarəsinin məlumatına görə, "Rosselxoznadzor" və AQTA ardıcıl olaraq alqoritmlər hazırlayır və nəticədə hər iki ölkədə həm heyvandarlıq, həm də bitkiçilik sahəsi üzrə nəzarət sistemlərinin ekvivalentliyinin tanınmasına səbəb olmalıdır.
BAKI, 9 oktyabr — Sputnik. İkitərəfli ticarətin miqyasını nəzərə alaraq, Azərbaycan və Rusiya yaxın gələcəkdə qarşılıqlı tədarük zamanı nəzarət proseslərinin optimallaşdırılması üçün bir sıra addımlar atacaqlar.
Bu barədə "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Moskvada keçirilən görüşündə bildirilib.
Rusiya idarəsindən verilən məlumata görə, "Rosselxoznadzor" və AQTA ardıcıl olaraq alqoritmlər hazırlayır ki, bu da nəticədə hər iki ölkədə həm heyvandarlıq, həm də bitkiçilik sahəsi üzrə nəzarət sistemlərinin ekvivalentliyinin tanınmasına səbəb olmalıdır. Bu, bir sıra nəzarət tədbirlərindən sistemli şəkildə imtina etməyə və idarələrin zəmanəti altında ticarəti həyata keçirməyə imkan verəcəkdir.
Sergey Dankvert Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə beş illik birgə fəaliyyət nəticəsində əldə edilmiş ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib. Bu müddət ərzində bir sıra ciddi problemləri konstruktiv şəkildə həll etmək, ticarət axınlarına nəzarət etmək və hər iki ölkənin sahibkarları arasında kommersiya əməkdaşlığının inkişafına kömək etmək üçün səmərəli sistem qurmaq mümkün olub.
Dankvertin sözlərinə görə, bu il ölkələr arasında ticarət balansı demək olar ki, bərabərləşib. Pul ekvivalentində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının tədarükü 465 milyon dollar, Rusiyadan Azərbaycana isə 494 milyon dollar həcmində həyata keçirilib.
Rusiya Azərbaycana buğda və un, diri mal-qara, quş əti, yumurta, kartof və digər məhsulların göndərilməsini artırıb. Rusiya idarəsinin rəhbəri qeyd edib ki, Azərbaycan süd məhsulları, toxum və çəyirdəkli meyvələr, qoz-fındıq tədarükünü artırıb və ənənəvi olaraq Rusiyaya pomidor, xurma, alma və ərzaqlıq kartofunun ixracı üzrə lider mövqeyini qoruyub saxlayıb.
Diri heyvanların aktiv ticarətini nəzərə alan idarələr mal-qaranın identifikasiyası məsələsinin tez bir zamanda həll edilməsinin zəruriliyi barədə razılığa gəliblər. Ölkələr arasında daşınan bütün heyvanlar beynəlxalq tələblərə cavab verən etiketləmə vasitələri ilə mütləq müəyyən edilməlidir.
Elmi əməkdaşlıq baxımından tərəflər vəhşi heyvanların quduzluğa qarşı peyvənd olunması üzrə birgə proqramın hazırlanması barədə razılığa gəliblər. Azərbaycan, həmçinin heyvanları yeni serotip - SAT-2-dən qoruyan dabaq (ağızyarası) xəstəliyinə qarşı Rusiyanın çoxvalentli peyvəndinin öz ərazisində tətbiqində də maraqlıdır. Dərman "Rosselxoznadzorun" tabeliyində olan Ümumrusiya Elmi-Tədqiqat Damaq və Ağız Xəstəlikləri İnstitutu Federal Dövlət Büdcə Təşkilatı tərəfindən istehsal olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.