Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Qarabağın erməni sakinləri ilə bağlı Bakı və İrəvana ideyalar verib

© Photo : State Migration ServiceQarabağın erməni sakini vətəndaşlıq üçün Azərbaycana müraciət edib
Qarabağın erməni sakini vətəndaşlıq üçün Azərbaycana müraciət edib
 - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Rusiya XİN rəhbərinin müavini bildirib ki, belə bir mexanizm Azərbaycan və Ermənistanın suverenliyinə və müstəqilliyinə xələl gətirməməlidir.
BAKI, 9 oktyabr — Sputnik. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini aydın şəkildə təsbit etməlidir, Moskva bununla bağlı tərəflərə ideyalar verib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RBK-ya müsahibəsində bildirib.

"Biz sülh müqaviləsində Qarabağın erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi mövzusunun aydın şəkildə müəyyən edilməsi zərurətindən çıxış edirik və bununla bağlı tərəflərə müəyyən ideyalar təqdim edirik. İmzalanmış sülh müqaviləsinin həyata keçirilməsinə dəstək verəcək mexanizmlərə ehtiyacımız var. Belə bir mexanizm Azərbaycan və Ermənistanın suverenliyinə və müstəqilliyinə xələl gətirməməlidir", - deyə baş diplomat bildirib.

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidMixail Qaluzin, arxiv
Михаил Галузин - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Mixail Qaluzin, arxiv
Xatırladaq ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bir müddət əvvəl bəyan etmişdi ki, Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya etməkdə qərarlıdır.
Məlumata görə, Qarabağın erməni sakinlərinə 22 sentyabrda ümumi 40 ton məhsul olan 2 yük maşını çatdırılıb. Həmin yük maşınlarında 6 min çörək, 1200 qutu ərzaq və 1200 qutu gigiyenik məhsul, 9 600 uşaq bezi olub.
Sentyabrın 23-də göndərilən yardımda isə 40 ton benzin, 24 ton dizel yanacağı yer alıb.
25 sentyabr tarixində Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki partlayışda zərər çəkən 200 nəfər üçün tibbi ləvazimatlar göndərilib.
26 sentyabrda 65 500 ədəd müxtəlif növ gigiyenik məhsullar, bir yük maşınında 500 yataq dəsti, 30 ton benzin, 50 ton dizel yanacağı, 68 ton benzin, iki yük maşınında 22,3 ton içməli su, iki yük maşınında 40 ton un göndərilib. Bundan başqa, sentyabrın 26-da partlayışla əlaqədar Xankəndiyə Fövqəladə Hallar Nazirliyi tərəfindən 15 xüsusi təyinatlı yanğınsöndürmə briqadası göndərilib və onlar alovu uğurla söndürüblər. Həmçinin, Xankəndi-Şuşa-Füzuli-Qubadlı-Eyvazlı yolu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərinin hərəkəti üçün açılıb. Xankəndidən təxliyələrə BQXK-nın təcili yardım maşınları kömək edib.
Sentyabrın 27-də əraziyə Fövqəladə Hallar Nazirliyinin 50 nəfərlik canlı qüvvə ilə 10 xüsusi təyinatlı yanğınsöndürmə maşını göndərilib. Xocalıda səhra xəstəxanası və mətbəxlərin quraşdırılmasına başlanılıb. Erməniəsilli şəxslər 32 ton qaz, 23 160 peçenye, 10 000 şokolad, 31 860 şüşə içməli su ilə təchiz ediliblər.
29 sentyabrda Xocalıda səhra xəstəxanasının quraşdırılması işini asanlaşdırmaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 53 avtomobil və zəruri avadanlıq göndərilib. Azərbaycan xilasediciləri Xankəndi yaxınlığında baş vermiş partlayış nəticəsində 48 nəfərin cəsədini dağıntılar altından çıxarıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0