Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rəsmi İrəvan mövqeyində 180 dərəcə dönüş edib - XİN

© Sputnik / Наталья СеливерстоваRusiya XİN-nin binası
Rusiya XİN-nin binası - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Nazir müavininin sözlərinə görə, Ermənistan rəsmilərinin bəyanatlarında anti-Rusiya ritorikasının kəskinləşməsi və Ermənistan media məkanında qeyri-dost informasiya kampaniyasının güclənməsi müşahidə olunur.
BAKI, 9 oktyabr — Sputnik. Rusiya Ermənistanla əlaqələri gücləndirmək zərurətindən çıxış edir və İrəvanın açıq-aşkar əks məntiqlə müəyyən etdiyi addımları görmək xoşagəlməzdir. Bunu RBK-ya müsahibəsində Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

"İlk növbədə qeyd etmək istərdim ki, Rusiya tərəfi həmişə Ermənistanla müttəfiqliyə və strateji tərəfdaşlığa, mövcud müqavilələrə sadiq olub və sadiq qalır. Bu tərəfdaşlıq Rusiya və erməni xalqları arasında, hər iki xalqa və onların inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Rəsmi İrəvanın, bu addımlarını görmək xoşagəlməzdir", - Qaluzin deyib.

Nazir müavininin sözlərinə görə, Ermənistan rəsmilərinin bəyanatlarında anti-Rusiya ritorikasının kəskinləşməsi və Ermənistan media məkanında qeyri-dost informasiya kampaniyasının güclənməsi müşahidə olunur.
"Bütün bunlar Rusiyanın Ermənistana kömək etmədiyi, Rusiyanın Qarabağın erməni əhalisini müdafiə etmədiyi barədə tamamilə əsaslandırılmayan hekayələrə əsaslanır", - deyə Qaluzin qeyd edib
Mövqe dəyişməsi
Xarici işlər nazirinin müavini xatırladıb ki, 2020-ci il noyabrın 9-da liderlər Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanma istiqamətində hərəkatın üsullarını və yanaşmaları, o cümlədən Qarabağ probleminin həllinə dair yanaşmaları müəyyən edən üçtərəfli bəyanat imzalayıblar.

"Burada Qarabağın statusunun gələcəkdə müəyyən ediləcəyi ilə bağlı centlmen razılaşması da var idi. Hamı bundan çıxış etdi. Amma təxminən bir il əvvəl bu mənzərədə ciddi dəyişikliklər baş verdi. 2022-ci ilin oktyabrında Avropa İttifaqının himayəsi altında Ermənistan-Azərbaycan sammitində Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və Qarabağın Azərbaycana məxsusluğunu tanıyıb, o, Alma-Ata Bəyannaməsinin effektivliyini qeyd edib".

Qaluzin Ermənistan rəhbərliyinin Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını və bunun 2023-cü ilin mayında növbəti oxşar Ermənistan-Azərbaycan-Aİ tədbirində təsdiqlədiyini diqqətə çatdırıb:
"Bu, 2020-ci ilin noyabrında birgə bəyanatın imzalandığı şərtləri və Rusiya sülhməramlı kontingenti ətrafındakı vəziyyəti kökündən dəyişdi".
Nazir müavini qeyd edib ki, bu, rəsmi İrəvanın mövqeyində 180 dərəcə dönüşdür.
Qaluzin onu da vurğulayıb ki, Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı mərhələdə Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi barədə bir kəlmə də deyilməyib.
"Avropa İttifaqının dərc etdiyi müvafiq sənədlərdə bu barədə heç nə yoxdur. Vəziyyət kəskin şəkildə dəyişib və bizi nəyisə yerinə yetirməməkdə ittiham etmək çox qəribədir. Yadda saxlamalıyıq ki, bundan əvvəl Rusiya və digər KTMT üzvləri Ermənistana KTMT müşahidə missiyası göndərməyə hazır idilər, lakin təəssüf ki, Ermənistanın ali rəhbərliyindən rədd cavabı aldıq, əvəzində Ermənistana Aİ-nin müşahidə missiyası çağırıldı ki, bu da heç bir sabitləşdirici rol oynamadı".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0