https://sputnik.az/20231009/moskvada-haci-zeynalabdin-tagiyeve-hesr-olunan-sergi-acilib-459417182.html
Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb
Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb
Sputnik Azərbaycan
Sərgidə Hacı Zeynalabdin Tağıyevin həyat yolunu və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilib. 09.10.2023, Sputnik Azərbaycan
2023-10-09T14:02+0400
2023-10-09T14:02+0400
2023-10-09T14:02+0400
sərgi
rusiya
hacı zeynalabdin tağıyev
unesco
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/09/459416704_0:63:1200:738_1920x0_80_0_0_7bca256c73b6505de79d3d0643127a13.jpg
BAKI, 9 oktyabr — Sputnik. Moskvada "Hacı Zeynalabdin Tağıyev – sənayeçi və xeyriyyəçi. Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu" adlı sərgi açılıb. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki (VDNX) "Azərbaycan" pavilyonunda açılan sərgi Azərbaycan Dövlət Neft Şirkətinin "SOCAR RUS" törəmə bölməsi və Geologiya, Neft və Qaz Muzeyi ilə birgə təşkil olunub. Neft və qaz sənayesi işçilərinin peşə bayramına həsr olunan sərgini açan "Azərbaycan" pavilyonunun direktoru Səadət Kadırova xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsiyyətinin hərtərəfli diqqətə layiq olduğunu qeyd edib. "Hacı Zeynalabdin Tağıyev öz vəsaitini böyük humanitar layihələrə xərcləyib. Bu layihələr həm Azərbaycana, həm də Rusiyaya həsr olunub. O, azərbaycanlı qızların təhsil almasına xüsusi diqqət yetirib, Azərbaycanda gimnaziya açıb. Sentyabr ayında biz həm Azərbaycanda, həm də Rusiyada Neftçilər Gününü qeyd edirik və qərara gəldik ki, "Azərbaycan" pavilyonunda bu möhtəşəm insana həsr olunmuş fotosərgi təşkil edək, onun keçdiyi həyat yolu haqqında məlumatları təqdim edək", - deyə S.Kadırova vurğulayıb. Sərgidə Hacı Zeynalabdin Tağıyevin həyat yolunu və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilib. Sərginin qonaqları həmçinin sənayeçi və xeyriyyəçinin tərcümeyi-halı, Azərbaycanın neft sənayesinin tarixi ilə yaxından tanış ola biliblər. UNESCO-nun 41-ci Baş konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat Hacı Zeynalabdin Tağıyevin anadan olmasın 200 illiyi və bəstəkar Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/09/459416704_67:0:1134:800_1920x0_80_0_0_be1de5715cebf6d0beab941c01cdf8ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərgi, hacı zeynalabdin tağıyev, unesco, rusiya
sərgi, hacı zeynalabdin tağıyev, unesco, rusiya
Moskvada Hacı Zeynalabdin Tağıyevə həsr olunan sərgi açılıb
Sərgidə Hacı Zeynalabdin Tağıyevin həyat yolunu və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilib.
BAKI, 9 oktyabr — Sputnik. Moskvada "Hacı Zeynalabdin Tağıyev – sənayeçi və xeyriyyəçi. Rusiya və Azərbaycan tarixində şəxsiyyətin rolu" adlı sərgi açılıb.
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki (VDNX) "Azərbaycan" pavilyonunda açılan sərgi Azərbaycan Dövlət Neft Şirkətinin "SOCAR RUS" törəmə bölməsi və Geologiya, Neft və Qaz Muzeyi ilə birgə təşkil olunub.
Neft və qaz sənayesi işçilərinin peşə bayramına həsr olunan sərgini açan "Azərbaycan" pavilyonunun direktoru Səadət Kadırova xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin şəxsiyyətinin hərtərəfli diqqətə layiq olduğunu qeyd edib. "Hacı Zeynalabdin Tağıyev öz vəsaitini böyük humanitar layihələrə xərcləyib. Bu layihələr həm Azərbaycana, həm də Rusiyaya həsr olunub. O, azərbaycanlı qızların təhsil almasına xüsusi diqqət yetirib, Azərbaycanda gimnaziya açıb. Sentyabr ayında biz həm Azərbaycanda, həm də Rusiyada Neftçilər Gününü qeyd edirik və qərara gəldik ki, "Azərbaycan" pavilyonunda bu möhtəşəm insana həsr olunmuş fotosərgi təşkil edək, onun keçdiyi həyat yolu haqqında məlumatları təqdim edək", - deyə S.Kadırova vurğulayıb.
Sərgidə Hacı Zeynalabdin Tağıyevin həyat yolunu və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilib. Sərginin qonaqları həmçinin sənayeçi və xeyriyyəçinin tərcümeyi-halı, Azərbaycanın neft sənayesinin tarixi ilə yaxından tanış ola biliblər.
UNESCO-nun 41-ci Baş konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat Hacı Zeynalabdin Tağıyevin anadan olmasın 200 illiyi və bəstəkar Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.