https://sputnik.az/20231009/bmt-missiyasi-yeniden-qarabaga-gelib-459408197.html
BMT missiyası yenidən Qarabağa gəlib
BMT missiyası yenidən Qarabağa gəlib
Sputnik Azərbaycan
Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. 09.10.2023, Sputnik Azərbaycan
2023-10-09T11:02+0400
2023-10-09T11:02+0400
2023-10-09T11:02+0400
bmt
qarabağ
missiya
qarabağ
ağdam
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/09/459408030_0:123:1200:798_1920x0_80_0_0_ede3158c6bda7ebcad9a770d7cdac91f.jpg
BAKI, 9 oktyabr — Sputnik. BMT missiyası növbəti dəfə Qarabağa gəlib. APA xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir. Qeyd edək ki, BMT missiyası oktyabrın 1-də də Qarabağa səfər edib. Qarabağa səfər edən BMT missiyası yekun bəyanat yayıb. Missiya baş çəkdiyi şəhərdə mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara heç bir ziyanın qeydə alınmadığını bildirib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/09/459408030_133:0:1200:800_1920x0_80_0_0_35229a03b55f03f45c422966f0f2e6da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bmt, missiya, qarabağ, ağdam
bmt, missiya, qarabağ, ağdam
BMT missiyası yenidən Qarabağa gəlib
Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.
BAKI, 9 oktyabr — Sputnik. BMT missiyası növbəti dəfə Qarabağa gəlib. APA xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.
Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.
Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.
Qeyd edək ki, BMT missiyası oktyabrın 1-də də Qarabağa səfər edib. Qarabağa səfər edən BMT missiyası yekun bəyanat yayıb.
Missiya baş çəkdiyi şəhərdə mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara heç bir ziyanın qeydə alınmadığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.