https://sputnik.az/20231009/azerbaycan-rusiya-ve-ermenistan-xn-rehberleri-biskekde-goruse-biler-459407830.html
Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri Bişkekdə görüşə bilər
Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri Bişkekdə görüşə bilər
Sputnik Azərbaycan
Rusiya XİN rəhbərinin müavini bildirib ki, Ermənistan tərəfinin də bu məsələyə məsuliyyətlə yanaşacağını və belə danışıqlarda iştirak etməyə razı olacağını... 09.10.2023, Sputnik Azərbaycan
2023-10-09T10:53+0400
2023-10-09T10:53+0400
2023-10-09T10:53+0400
rusiya
xin rəhbərləri
azərbaycan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/02/17/452055827_0:106:2855:1711_1920x0_80_0_0_37a6aee1b6ce65d33c816519707470a3.jpg
BAKI, 9 oktyabr — Sputnik. Moskva oktyabrın 12-də Bişkekdə MDB sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların keçirilməsi imkanını nəzərdən keçirir. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüş nəzərdə tutulurdu. Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa liderləri ilə görüşdə Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan Bəyanat imzalayıb. Bəyanatın mətni Aİ Şurası tərəfindən yayılıb. Vurğulanıb ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/17/452055827_29:0:2642:1960_1920x0_80_0_0_2dc5e3cda153d75f231cacf040bed514.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin rəhbərləri, azərbaycan, ermənistan
xin rəhbərləri, azərbaycan, ermənistan
Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərləri Bişkekdə görüşə bilər
Rusiya XİN rəhbərinin müavini bildirib ki, Ermənistan tərəfinin də bu məsələyə məsuliyyətlə yanaşacağını və belə danışıqlarda iştirak etməyə razı olacağını gözləyirlər.
BAKI, 9 oktyabr — Sputnik. Moskva oktyabrın 12-də Bişkekdə MDB sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların keçirilməsi imkanını nəzərdən keçirir.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"Biz bu il oktyabrın 12-də MDB sammiti çərçivəsində Bişkekdə xarici işlər nazirləri səviyyəsində Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə bağlı keçirilməsi imkanlarını nəzərdən keçiririk. Azərbaycan tərəfi artıq prinsipial razılıq verib. Biz gözləyirik ki, Ermənistan tərəfi də bu məsələyə məsuliyyətlə yanaşacaq və belə danışıqlarda iştirak etməyə razı olacaq", - Qaluzin deyib.
Qeyd edək ki, oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüş nəzərdə tutulurdu.
Ermənistanın Baş naziri Nikol Paşinyan Qranadada (İspaniya) Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Aİ, Almaniya və Fransa liderləri ilə görüşdə Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kv.km ərazisini tanıyan Bəyanat imzalayıb. Bəyanatın mətni Aİ Şurası tərəfindən yayılıb.
Vurğulanıb ki, tərəflər Ermənistanın (29 800 kv. km) və Azərbaycanın (86 600 kv. km) suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş bütün səylərə sadiq qalırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.