QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azad edilmiş ərazilərdə daha 98 mina aşkarlanıb

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşları
ANAMA əməkdaşları - Sputnik Azərbaycan, 1920, 09.10.2023
Abunə olmaq
Sentyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı 689 mina aşkarlanıb.
BAKI, 9 oktyabr — Sputnik. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (02.10.2023 - 08.10.2023) açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 31 piyada əleyhinə mina, 67 tank əleyhinə mina, 1267 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 426,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Qeyd edək ki, sentyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 242, tank əleyhinə 447 mina və 909 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Bundan əlavə, 4 550,1 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0