https://sputnik.az/20231008/rusiya-pua-lari-daha-deqiq-idare-etmek-ucun-almaz-giroskop-hazirlayir-459389264.html
Rusiya PUA-ları daha dəqiq idarə etmək üçün almaz giroskop hazırlayır
Rusiya PUA-ları daha dəqiq idarə etmək üçün almaz giroskop hazırlayır
Sputnik Azərbaycan
Almaz, digər yarımkeçiricilərdən fərqli olaraq, daha yüksək istilik keçiriciliyinə, aqressiv mühitə və radiasiyaya qarşı müqavimətə malikdir. 08.10.2023, Sputnik Azərbaycan
2023-10-08T15:00+0400
2023-10-08T15:00+0400
2023-10-08T15:00+0400
rusiya
rusiya
pua
pilotsuz
pilotsuz uçan aparat
https://cdnn1.img.sputnik.az/img/07e5/02/05/426150552_0:87:3071:1814_1920x0_80_0_0_668d7c79ddc5d3f5dca79df4edb92b22.jpg
BAKI, 8 oktyabr — Sputnik. Milli Texnologiya Təşəbbüsündə (MTT) dron naviqasiyası üçün almaz giroskopun hazırlanmasından bəhs edilib. Bu barədə "RİA Novosti" yazıb. Almaz kvant giroskopunun yaradılması üzərində Tomsk Dövlət Universitetinin tələbələri işləyirlər. Cihazın əksər PUA-larda istifadə edilən ənənəvi mikroelektromexanika sistemli giroskoplarından 10 dəfə daha həssas olacağı gözlənilir. Yeni cihaz pilotsuz təyyarənin ən dəqiq naviqasiyasını və idarəsini təmin edəcək. Bundan əlavə, giroskop daha böyük istilik keçiriciliyinə, daha kiçik ölçülərə və daha aşağı qiymətə sahib olacaq. "Almaz, digər yarımkeçiricilərdən fərqli olaraq, daha yüksək istilik keçiriciliyinə, aqressiv mühitə və radiasiyaya qarşı müqavimətə malikdir", - deyə layihə rəhbəri Olqa Lıqa əlavə edib. Beləliklə, giroskop hətta ən ekstremal şəraitdə - çox aşağı temperaturda və ya kosmosda da işləyə biləcək. Daha əvvəl bildirilmişdi ki, Rusiya şirkəti texniki xüsusiyyətlərinə və təyinatına görə məşhur "Geran" kamikadze pilotsuz uçan aparatına bənzəyən "İtalmas" adlı yeni yerli PUA hazırlayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/05/426150552_340:0:3071:2048_1920x0_80_0_0_d9c1ac8536a4dad82283b9676a9bf2ea.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, pua, pilotsuz, pilotsuz uçan aparat
rusiya, pua, pilotsuz, pilotsuz uçan aparat
Rusiya PUA-ları daha dəqiq idarə etmək üçün almaz giroskop hazırlayır
Almaz, digər yarımkeçiricilərdən fərqli olaraq, daha yüksək istilik keçiriciliyinə, aqressiv mühitə və radiasiyaya qarşı müqavimətə malikdir.
BAKI, 8 oktyabr — Sputnik. Milli Texnologiya Təşəbbüsündə (MTT) dron naviqasiyası üçün almaz giroskopun hazırlanmasından bəhs edilib.
Bu barədə "RİA Novosti" yazıb.
Almaz kvant giroskopunun yaradılması üzərində Tomsk Dövlət Universitetinin tələbələri işləyirlər.
Cihazın əksər PUA-larda istifadə edilən ənənəvi mikroelektromexanika sistemli giroskoplarından 10 dəfə daha həssas olacağı gözlənilir.
Yeni cihaz pilotsuz təyyarənin ən dəqiq naviqasiyasını və idarəsini təmin edəcək. Bundan əlavə, giroskop daha böyük istilik keçiriciliyinə, daha kiçik ölçülərə və daha aşağı qiymətə sahib olacaq.
"Almaz, digər yarımkeçiricilərdən fərqli olaraq, daha yüksək istilik keçiriciliyinə, aqressiv mühitə və radiasiyaya qarşı müqavimətə malikdir", - deyə layihə rəhbəri Olqa Lıqa əlavə edib.
Beləliklə, giroskop hətta ən ekstremal şəraitdə - çox aşağı temperaturda və ya kosmosda da işləyə biləcək.
Daha əvvəl bildirilmişdi ki, Rusiya şirkəti texniki xüsusiyyətlərinə və təyinatına görə məşhur "Geran" kamikadze pilotsuz uçan aparatına bənzəyən "İtalmas" adlı yeni yerli PUA hazırlayıb.