https://sputnik.az/20231008/rf-svecrenin-xarici-siyaset-strategiyasinin-anti-rusiya-vektorunu-nezere-alacaq-459390615.html
RF İsveçrənin xarici siyasət strategiyasının anti-Rusiya vektorunu nəzərə alacaq
RF İsveçrənin xarici siyasət strategiyasının anti-Rusiya vektorunu nəzərə alacaq
Sputnik Azərbaycan
Bernin Ukrayna münaqişəsi ilə bağlı siyasəti Qərb siyasəti ilə tam eynidir. 08.10.2023, Sputnik Azərbaycan
2023-10-08T17:41+0400
2023-10-08T17:41+0400
2023-10-08T17:41+0400
rusiya
rusiya
isveçrə
xarici siyasət
strategiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458412217_0:0:3072:1728_1920x0_80_0_0_9eb566953617fee43105b9c0f7881f27.jpg
BAKI, 8 oktyabr — Sputnik. İsveçrənin Xarici Siyasət Strategiyasının layihəsi açıq şəkildə anti-Rusiya strategiyasıdır. Rusiya tərəfi Bernin bu cür addımlarını nəzərə alacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. "Həqiqətən də sənədin açıq-aşkar anti-Rusiya xarakterli olduğu ortaya çıxıb. İsveçrə hakimiyyəti Avropa qitəsində təhlükəsizliyin "Rusiya ilə deyil, ondan o tərəfə" təmin edilməsinin tərəfdarıdır. Sənəddə etiraf edilib ki, Bern Moskva ilə siyasi dialoqu qəsdən minimuma endirib. Nə etmək olar, bu, bizim seçimimiz deyil", - deyə Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatında bildirib. Bundan əlavə, o, bunu Strategiyada İsveçrə neytrallığının necə təqdim olunduğunun göstəricisi adlandırıb. Diplomat aydınlaşdırıb ki, sənəddə onun məzmununun konstitusiyada göstərilmədiyi və "şəraitdən asılı olaraq" şərh oluna biləcəyi qeyd olunmayıb. Rusiya tərəfinin fikrincə, İsveçrənin bu Xarici Siyasət Strategiyası İsveçrənin "kollektiv Qərbin" uzaqgörən siyasəti fonunda hərəkət etdiyini göstərir. Zaxarova əlavə edib ki, ölkə hakimiyyəti faktiki olaraq "əbədi neytrallıq" prinsiplərinin ləğvini tanıyıb, isə sonra qeydə alıb. Xatırladaq ki, İsveçrənin 2024-2027-ci illər üçün Xarici Siyasət Strategiyasının layihəsi bu ilin sentyabrında dərc edilib. Təsdiq məsləhətləşmələrdən sonra gələn ilin əvvəlinə planlaşdırılıb. Bundan əvvəl Zaxarova bəyan etmişdi ki, ABŞ İsveçrəni Ukraynaya yenidən silah ixrac etməyə razı salmaq üçün onu şantaj edir. Bundan əlavə, o bildirib ki, Bernin Ukrayna münaqişəsi ilə bağlı siyasəti Qərb siyasəti ilə tam eynidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458412217_270:0:3001:2048_1920x0_80_0_0_fac10ea28d669e8eab78ea1ccaca8395.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, isveçrə, xarici siyasət, strategiya, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya, isveçrə, xarici siyasət, strategiya, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
RF İsveçrənin xarici siyasət strategiyasının anti-Rusiya vektorunu nəzərə alacaq
Bernin Ukrayna münaqişəsi ilə bağlı siyasəti Qərb siyasəti ilə tam eynidir.
BAKI, 8 oktyabr — Sputnik. İsveçrənin Xarici Siyasət Strategiyasının layihəsi açıq şəkildə anti-Rusiya strategiyasıdır. Rusiya tərəfi Bernin bu cür addımlarını nəzərə alacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Həqiqətən də sənədin açıq-aşkar anti-Rusiya xarakterli olduğu ortaya çıxıb. İsveçrə hakimiyyəti Avropa qitəsində təhlükəsizliyin "Rusiya ilə deyil, ondan o tərəfə" təmin edilməsinin tərəfdarıdır. Sənəddə etiraf edilib ki, Bern Moskva ilə siyasi dialoqu qəsdən minimuma endirib. Nə etmək olar, bu, bizim seçimimiz deyil", - deyə Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatında bildirib.
Bundan əlavə, o, bunu Strategiyada İsveçrə neytrallığının necə təqdim olunduğunun göstəricisi adlandırıb. Diplomat aydınlaşdırıb ki, sənəddə onun məzmununun konstitusiyada göstərilmədiyi və "şəraitdən asılı olaraq" şərh oluna biləcəyi qeyd olunmayıb.
Rusiya tərəfinin fikrincə, İsveçrənin bu Xarici Siyasət Strategiyası İsveçrənin "kollektiv Qərbin" uzaqgörən siyasəti fonunda hərəkət etdiyini göstərir.
Zaxarova əlavə edib ki, ölkə hakimiyyəti faktiki olaraq "əbədi neytrallıq" prinsiplərinin ləğvini tanıyıb, isə sonra qeydə alıb.
Xatırladaq ki, İsveçrənin 2024-2027-ci illər üçün Xarici Siyasət Strategiyasının layihəsi bu ilin sentyabrında dərc edilib. Təsdiq məsləhətləşmələrdən sonra gələn ilin əvvəlinə planlaşdırılıb.
Bundan əvvəl Zaxarova bəyan etmişdi ki, ABŞ İsveçrəni Ukraynaya yenidən silah ixrac etməyə razı salmaq üçün onu şantaj edir. Bundan əlavə, o bildirib ki, Bernin Ukrayna münaqişəsi ilə bağlı siyasəti Qərb siyasəti ilə tam eynidir.