Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Valdayda müasir dünya düzəninin yeni sistemini təqdim edib

© Sputnik / Григорий Сысоев Rusiya Prezidenti Vladimir Putin
 Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 08.10.2023
Abunə olmaq
Putinin Valday Forumundakı çıxışı Qərb siyasətini təəccübləndirib, çünki ondan bu gözlənilmirdi.
BAKI, 8 oktyabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putin Valdayda müasir dünya düzəninin parametrlərini uzun müddət müəyyən edəcək siyasi sistem təqdim edib.
Bunu Ukraynalı müxalifətçi, “Başqa Ukrayna” hərəkatı şurasının sədri Viktor Medvedçuk deyib.
Xatırladaq ki, oktyabrın 5-də Vladimir Putin Valday Beynəlxalq Klubunda çıxış edərək, Rusiyanın səy göstərdiyi və başqalarını da əməl etməyə dəvət etdiyi altı prinsipi qeyd edib. Bunların arasında dünyanın açıqlığı, müxtəlifliyi, maksimum təmsilçiliyi, universal təhlükəsizlik, hamı üçün ədalət və bərabərlik var.
Medvedçukun sözlərinə görə, Putinin Valday Forumundakı çıxışı Qərb siyasətini təəccübləndirib, çünki ondan bu gözlənilmirdi.
"Qərb təhdidlər və səs-küylü bəyanatlar gözləyirdi, lakin hər şey daha ciddi oldu. İkincisi, Qərbin informasiya sistemi emosional təsir və tez bir zamanda mənzərəni dəyişmək üçün nəzərdə tutulduğu üçün belə bir şeyi təhlil etməyə heç öyrəşməyib. Burada isə onlara bir şəkil deyil, uzun müddət müasir dünya düzəninin parametrlərini müəyyən edəcək bütöv bir siyasi sistemi təqdim etdilər”, - Medvedçukun “Telegraph” bloq-platformasında dərc olunan məqaləsində belə deyilir.
O, həmçinin hesab edir ki, Qərbdə Putinə onun söhbətə başladığı məcrada cavab verə biləcək siyasətçi demək olar ki, yoxdur. "Təsəvvür etmək çətindir ki, məsələn, Bayden, Şolts, Makron və ya Ursula fon der Lyayen bu cür leksikadan istifadə edib, bu cür anlayışları araşdırsınlar. Qərb siyasi məktəbi “soyuq müharibə”nin bitməsindən sonra ciddi şəkildə deqradasiyaya uğrayıb. Putinə veriləcək cavabı isə hər necə olur-olsun, formalaşdırmaq lazım olacaq, lakin Qərb siyasətçiləri, hələ ki, bu vəzifənin öhdəsindən gəlməyiblər”, - deyə siyasətçi qeyd edib.
Onun sözlərinə görə, “bəlkə də bunu hazırda heç də hamı etiraf etmir, amma Putinin Valdaydakı çıxışı dünya siyasətində yeni səhifə açdı və Qərb siyasətçilərinin bunu anlamaq üçün çox vaxtı qalmayıb”.
“Rusiya Federasiyasının Prezidenti qərbləşmə dövrünü əvəz edən yeni siyasi dövrün koordinatlarını təyin etdi. Kiminsə xoşuna gəlsə də,gəlməsə də, dünya artıq dəyişib, beynəlxalq vəziyyət necə dəyişsə də, o, heç vaxt dünən olduğu kimi olmayacaq”, - deyə Medvedçuk qeyd edib.
Xəbər lenti
0