Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərəb Dövlətləri Liqasının baş katibi Lavrovun dəvəti ilə Moskvaya gedib

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidƏhməd Əbul Qeyt
Əhməd Əbul Qeyt  - Sputnik Azərbaycan, 1920, 08.10.2023
Abunə olmaq
Səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Qəzza zolağında mövcud gərginlik ətrafında geniş müzakirələr aparılacaq.
BAKI, 8 oktyabr - Sputnik. Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Əbul Qeyt Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə bazar günü Moskvaya səfər edib.
Ərəb Dövlətləri Liqasının bəyanatında bu barədə xəbər verilib.
“Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul Qeyt Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dəvəti ilə bazar günü səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya işgüzar səfərə gedib”, - deyə Ərəb Liqası bildirib.
Açıqlamaya görə, Əbul Qeytin səfəri çərçivəsində Lavrovla bir sıra qarşılıqlı maraq doğuran mövzular, o cümlədən regional və beynəlxalq məsələlər, xüsusilə də Qəzza zolağında mövcud gərginlik ətrafında geniş müzakirələr aparılacaq.
Xəbər lenti
0