Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Yanacağın ixracına qoyulan qadağa lazım olduğu müddətcə qüvvədə qalacaq

© Sputnik / Евгений ОдиноковRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 06.10.2023
Abunə olmaq
Rusiya Nazirlər Kabineti sentyabrın 21-də benzin və dizel yanacağının tədarükünə qadağa qoyub.
BAKI, 6 oktyabr — Sputnik. Rusiya dizel və benzininin ixracına qoyulan qadağa lazım gəldikdə davam edəcək.
Bunu jurnalistlərlə söhbəti zamanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml nümayəndəsi qeyd edib ki, yanacağın ixracına qoyulan qadağa ilə bağlı konkret müvəqqəti məhdudiyyət yoxdur.
"Qadağa lazım olduğu qədər davam edəcək. Bu ehtiyac aradan qalxan kimi digər tədbirlərə baxılacaq", - deyə Peskov bildirib.
Rusiya Nazirlər Kabineti sentyabrın 21-də benzin və dizel yanacağının tədarükünə qadağa qoyub. Energetika Nazirliyi bu məhdudiyyətlərin mühərrik yanacağının "boz" ixracını dayandırmağa və daxili bazarı gərək olduğu qədər təchiz etməyə kömək edəcəyini gözləyir. Bundan əlavə, idarədə hesab edirlər ki, tədbir bazarda qiymətləri aşağı sala bilər.
Daha əvvəl Rusiya Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinov bildirib ki, hakimiyyət yanacaq ixracına qoyulan qadağanın qismən götürülməsi ideyasını müzakirə edir.
Xəbər lenti
0