Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

XİN: Rusiya Kiyev rejiminin məhkəmə prosesini xarici tərəfdaşlarla müzakirə edir

© AFP 2024 / KIRILL KUDRYAVTSEVRusiya XİN-nin binası
Rusiya XİN-nin binası - Sputnik Azərbaycan, 1920, 05.10.2023
Abunə olmaq
Rusiya XİN rəsmisi bildirib ki, Ukrayna rejiminin cinayətkarlarını mühakimə edəcək məhkəmənin yaradılacağını müzakirə edirlər.
BAKI, 5 oktyabr — Sputnik. Rusiya xarici tərəfdaşları ilə Kiyev rejiminə qarşı parlament əsasında məhkəmə prosesini müzakirə edir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətlər üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik RİA Novosti-yə bildirib.
"Biz indi tərəfdaşlarımızla parlamentlərimizdə fəal işləyirik, Ukrayna rejiminin cinayətkarlarını mühakimə edəcək məhkəmənin yaradılacağını müzakirə edirik", - Miroşnik bildirib.
O, qeyd edibki, Rusiya Dövlət Duması və Federasiya Şurası vasitəsilə iş aparılır və Ukraynada münaqişə başa çatdıqdan sonra Kiyev nümayəndələrinin törədilmiş cinayətlərə görə necə cavab verəcəyi ilə bağlı mexanizm yaradılacaq.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq edib. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir. Prezidentin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xəbər lenti
0