https://sputnik.az/20231005/qarabagda-antiterror-tedbirleri-qacilmaz-idi---rusiya-prezidenti-459321615.html
Qarabağda antiterror tədbirləri qaçılmaz idi - Rusiya prezidenti
Qarabağda antiterror tədbirləri qaçılmaz idi - Rusiya prezidenti
Sputnik Azərbaycan
Putin vurğulayıb ki, avropalılar Qarabağ ermənilərinin taleyi haqqında düşünməliydilər. Qeyd etməliydilər ki, Qarabağ ermənilərini Qarabağın Azərbaycan... 05.10.2023, Sputnik Azərbaycan
2023-10-05T20:24+0400
2023-10-05T20:24+0400
2023-10-05T20:24+0400
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
"valday" klub fondu
ermənistan
ermənilər
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/05/459319254_0:107:3263:1942_1920x0_80_0_0_476525de6c9786a7e49f3c4a5c21cbbd.jpg
BAKI, 5 oktyabr - Sputnik. Praqada və Brüsseldə əldə olunan razılaşmalardan sonra baş verənlər qaçılmaz idi.Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Azərbaycanın sentyabrın 19-da Qarabağda keçirdiyi lokal antiterror tədbirlərindən danışarkən deyib. O qeyd edib ki, "cənab Mişel və onun həmkarları Ermənistan baş naziri Paşinyanı belə addıma getməyə razı salanda bunu düşünməli idilər":Rusiya lideri əlavə edib ki, humanitar vəziyyəti təmin etmək üçün hüquqi mənada nəyə malik idilərsə, ondan da istifadə ediblər:"Bildiyiniz kimi orada insanlarımız həlak oldu. Yeri gəlmişkən, Qarabağ ermənilərini müdafiə edən zaman, bizim sülhməramlılarımız... Biz onlara humanitar, tibbi yardım göstərdik. Onların çıxmasını təmin etdik. Qoyun onda avropalı həmkarlarımız heç olmasa bədbəxt insanlara humanitar yardım göndərsinlər. Mənə elə gəlir ki, onlar bunu edəcəklər. Lakin onların taleləri haqda uzun perspektivdə düşünmək lazımdır. Biz Qarabağdan gedən erməniləri dəstəkləyirik. Ermənistan bizim müttəfiqimiz olmağa davam edir”.
https://sputnik.az/20231005/biz-defelerle-ermenilere-teklif-etmisdik-ki-guzeste-getsinler---putin-459321033.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/05/459319254_266:0:2997:2048_1920x0_80_0_0_10f38183f2227d50911a00987ea63d27.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, "valday" klub fondu, ermənistan, ermənilər
putin, rusiya prezidenti vladimir putin, vladimir putin, "valday" klub fondu, ermənistan, ermənilər
Qarabağda antiterror tədbirləri qaçılmaz idi - Rusiya prezidenti
Putin vurğulayıb ki, avropalılar Qarabağ ermənilərinin taleyi haqqında düşünməliydilər. Qeyd etməliydilər ki, Qarabağ ermənilərini Qarabağın Azərbaycan dövlətinə inteqrasiyasında nə gözləyir.
BAKI, 5 oktyabr - Sputnik. Praqada və Brüsseldə əldə olunan razılaşmalardan sonra baş verənlər qaçılmaz idi.
Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Valday Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Azərbaycanın sentyabrın 19-da Qarabağda keçirdiyi lokal antiterror tədbirlərindən danışarkən deyib.
O qeyd edib ki, "cənab Mişel və onun həmkarları Ermənistan baş naziri Paşinyanı belə addıma getməyə razı salanda bunu düşünməli idilər":
"Onlar Qarabağ ermənilərinin taleyi haqqında düşünməli idilər. Heç olmasa nəsə qeyd etməli idilər, onları (Qarabağ ermənilərini-red.) bu vəziyyətdə, Qarabağın Azərbaycan dövlətinə inteqrasiyasında nə gözləyir, onların təhlükəsizliyinin təmin olunması, hüquqlarının qorunması necə baş verəcək... Amma orada heç nə yoxdur. Bəyanatda o var ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu qədər. Biz nə etməliyik ki? Əgər Ermənistan özü bu cür qərar qəbul edibsə..."
Rusiya lideri əlavə edib ki, humanitar vəziyyəti təmin etmək üçün hüquqi mənada nəyə malik idilərsə, ondan da istifadə ediblər:
"Bildiyiniz kimi orada insanlarımız həlak oldu. Yeri gəlmişkən, Qarabağ ermənilərini müdafiə edən zaman, bizim sülhməramlılarımız... Biz onlara humanitar, tibbi yardım göstərdik. Onların çıxmasını təmin etdik. Qoyun onda avropalı həmkarlarımız heç olmasa bədbəxt insanlara humanitar yardım göndərsinlər. Mənə elə gəlir ki, onlar bunu edəcəklər. Lakin onların taleləri haqda uzun perspektivdə düşünmək lazımdır. Biz Qarabağdan gedən erməniləri dəstəkləyirik. Ermənistan bizim müttəfiqimiz olmağa davam edir”.