https://sputnik.az/20231005/putin-valday-klubunun-yubiley-iclasinda-cixis-edib-459316754.html
Putin: “Rusiya Ukraynada “müharibə”yə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Putin: “Rusiya Ukraynada “müharibə”yə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Sputnik Azərbaycan
Putin deyib ki, Rusiya ərazi baxımından dünyanın ən böyük, ən nəhəng ölkəsidir. Onun əlavə ərazilər zəbt etməyə marağı yoxdur. Çünki hələ Sibiri, Uzaq Şərqi... 05.10.2023, Sputnik Azərbaycan
2023-10-05T18:20+0400
2023-10-05T18:20+0400
2023-10-05T18:51+0400
rusiya
putin
vladimir putin
rusiya prezidenti vladimir putin
"valday" klub fondu
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/05/459318803_0:0:3178:1788_1920x0_80_0_0_a0e40c4e41171bf61022bb7ef59bdd3c.jpg
BAKI, 5 oktyabr - Sputnik. Rusiya Ukraynada qondarma müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır.Bu sözləri Rusiya prezidenti Vladimir Putin “Ədalətli çoxqütblülük: hamı üçün təhlükəsizliyi və inkişafı necə təmin etmək olar” mövzusunda “Valday” Beynəlxalq Diskussiya Klubunun XX İllik İclasının plenar iclasında çıxışı zamanı deyib. O vurğulayıb ki, 2014-cü ildə Kiyevdə qanlı və konstitusiyaya zidd çevrilişi edən Rusiya deyildi. Krım və Sevastopol sakinlərini qorxudan, Donbası bombalayan, onları tabe olmağa məcbur edən Rusiya deyil:Rusiya prezidenti bildirib ki, Ukrayna böhranı ərazi münaqişəsi deyil, Rusiyanın heç bir ərazini zəbt etmək marağı yoxdur:Onun sözlərinə görə, söhbət heç də regional geosiyasi tarazlığın yaradılmasından getmir, məsələ daha geniş və fundamentaldır. “Söhbət yeni dünya nizamının hansı prinsiplərə əsaslanacağından gedir”, - Putin bildirib. Prezident həmçinin qeyd edib ki, son 20 ildə dünyada və Rusiyada ciddi dəyişikliklər baş verib və dünya düzəninin dəyişməsi dövründə, onun fikrincə, zaman sıxılır:Dövlət başçısı vurğulayıb ki, bəşəriyyətin qlobal problemləri “birgə fəaliyyət, kollektiv həll yolları axtarışı tələb edir və eqoizm, təkəbbür və real çağırışlara etinasızlıq istər-istəməz dalana aparıb çıxaracaq". Onun fikrincə, davamlı sülh o zaman bərqərar olacaq ki, hər kəs özünü təhlükəsiz hiss edəcək, onların fikrinə hörmət qoyulacaq, dünyada tarazlığın olduğu anlaşılacaq, heç kim başqaları tərəfindən hegemonun istədiyi kimi yaşamağa və davranmağa məcbur edilməyəcək.***Rusiya prezidenti Vladimir Putin cümə axşamı günü “Ədalətli çoxqütblülük: hamı üçün təhlükəsizliyi və inkişafı necə təmin etmək olar” mövzusunda “Valday” Beynəlxalq Diskussiya Klubunun XX İllik İclasının plenar iclasında çıxış edib.Dövlət başçısının mətbuat katibi Dmitri Peskovun əvvəlcədən dediyi kimi, Putinin qarşıdakı çıxışı çox mənalı olacaq, onun klub toplantısındakı çıxışları hər dəfə qlobal miqyasda hadisələrə çevrilir. Rusiya liderinin mətbuat katibi aydınlıq gətirib ki, Putin çıxışından sonra auditoriyanın suallarını cavablandıracaq. Valday Forumu siyasət, iqtisadiyyat, mədəni-humanitar sahədə tədqiqatlar üzrə ixtisaslaşmış rus və xarici ekspertləri bir araya gətirir. Oktyabrın 2-dən 5-dək Soçidə diskussiya klubunun XX yubiley iclası keçirilir. Onun işində Afrika, Avrasiya, Şimali və Cənubi Amerikanın 42 ölkəsindən 140 ekspert, siyasətçi, diplomat və iqtisadçı iştirak edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/05/459318803_248:0:2979:2048_1920x0_80_0_0_ddc924f877786f80b9f1788ccb662869.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, vladimir putin, rusiya prezidenti vladimir putin, "valday" klub fondu, видео
putin, vladimir putin, rusiya prezidenti vladimir putin, "valday" klub fondu, видео
Putin: “Rusiya Ukraynada “müharibə”yə başlamayıb, əksinə, onu bitirməyə çalışır
18:20 05.10.2023 (Yenilənib: 18:51 05.10.2023) Putin deyib ki, Rusiya ərazi baxımından dünyanın ən böyük, ən nəhəng ölkəsidir. Onun əlavə ərazilər zəbt etməyə marağı yoxdur. Çünki hələ Sibiri, Uzaq Şərqi inkişaf etdirməlidir.
BAKI, 5 oktyabr - Sputnik. Rusiya Ukraynada qondarma müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır.
Bu sözləri Rusiya prezidenti Vladimir Putin “Ədalətli çoxqütblülük: hamı üçün təhlükəsizliyi və inkişafı necə təmin etmək olar” mövzusunda “Valday” Beynəlxalq Diskussiya Klubunun XX İllik İclasının plenar iclasında çıxışı zamanı deyib.
“Ukraynada "müharibə" adlandırılan şeyə biz başlamamışıq, əksinə, onu bitirməyə çalışırıq” - Putin deyib.
O vurğulayıb ki, 2014-cü ildə Kiyevdə qanlı və konstitusiyaya zidd çevrilişi edən Rusiya deyildi. Krım və Sevastopol sakinlərini qorxudan, Donbası bombalayan, onları tabe olmağa məcbur edən Rusiya deyil:
“Nasist ruhunda etnik təmizləmə ilə krımlıları və sevastopolluları qorxudan, atəş və bombardmanlarla Donbası itaətə məcbur etməyə çalışan biz deyildik. Ana dilində danışmaq istəyənlərlə haqq-hesab aparan biz deyildik... Doqquz il ərzində bombardman etdilər və atəş açdılar, tanklardan istifadə etdilər”.
Rusiya prezidenti bildirib ki, Ukrayna böhranı ərazi münaqişəsi deyil, Rusiyanın heç bir ərazini zəbt etmək marağı yoxdur:
"Ukrayna böhranı ərazi münaqişəsi deyil, mən bunu vurğulamaq istəyirəm. Rusiya ərazi baxımından dünyanın ən böyük, ən nəhəng ölkəsidir. Bizim əlavə ərazilər zəbt etmək baxımından heç bir marağımız yoxdur. Biz hələ inkişaf etməliyik və həm Sibiri, həm Şərqi Sibiri, həm də Uzaq Şərqi inkişaf etdirməliyik. Bu, ərazi münaqişəsi deyil”.
Onun sözlərinə görə, söhbət heç də regional geosiyasi tarazlığın yaradılmasından getmir, məsələ daha geniş və fundamentaldır.
“Söhbət yeni dünya nizamının hansı prinsiplərə əsaslanacağından gedir”, - Putin bildirib. Prezident həmçinin qeyd edib ki, son 20 ildə dünyada və Rusiyada ciddi dəyişikliklər baş verib və dünya düzəninin dəyişməsi dövründə, onun fikrincə, zaman sıxılır:
“Klubun fəaliyyət göstərdiyi illər ərzində həm dünyada, həm də ölkəmizdə ciddi dəyişikliklər, nəhəng olmasa da, irimiqyaslı dəyişikliklər baş verib.Tarixi meyarlara görə 20 illik bir müddət o qədər də uzun deyil, amma bu zaman bütün dünya nizamının dağıldığı dövrə düşür, zaman sıxılmış kimi görünür”.
Dövlət başçısı vurğulayıb ki, bəşəriyyətin qlobal problemləri “birgə fəaliyyət, kollektiv həll yolları axtarışı tələb edir və eqoizm, təkəbbür və real çağırışlara etinasızlıq istər-istəməz dalana aparıb çıxaracaq".
Onun fikrincə, davamlı sülh o zaman bərqərar olacaq ki, hər kəs özünü təhlükəsiz hiss edəcək, onların fikrinə hörmət qoyulacaq, dünyada tarazlığın olduğu anlaşılacaq, heç kim başqaları tərəfindən hegemonun istədiyi kimi yaşamağa və davranmağa məcbur edilməyəcək.
Rusiya prezidenti Vladimir Putin cümə axşamı günü “Ədalətli çoxqütblülük: hamı üçün təhlükəsizliyi və inkişafı necə təmin etmək olar” mövzusunda “Valday” Beynəlxalq Diskussiya Klubunun XX İllik İclasının plenar iclasında çıxış edib.
Dövlət başçısının mətbuat katibi Dmitri Peskovun əvvəlcədən dediyi kimi, Putinin qarşıdakı çıxışı çox mənalı olacaq, onun klub toplantısındakı çıxışları hər dəfə qlobal miqyasda hadisələrə çevrilir.
Rusiya liderinin mətbuat katibi aydınlıq gətirib ki, Putin çıxışından sonra auditoriyanın suallarını cavablandıracaq.
Valday Forumu siyasət, iqtisadiyyat, mədəni-humanitar sahədə tədqiqatlar üzrə ixtisaslaşmış rus və xarici ekspertləri bir araya gətirir. Oktyabrın 2-dən 5-dək Soçidə diskussiya klubunun XX yubiley iclası keçirilir. Onun işində Afrika, Avrasiya, Şimali və Cənubi Amerikanın 42 ölkəsindən 140 ekspert, siyasətçi, diplomat və iqtisadçı iştirak edir.