https://sputnik.az/20231004/zaxarova-rusiyadan-avtomobillerin-a-ye-girisine-qoyulan-qadaga-cavabsiz-qalmayacaq-459276359.html
Zaxarova: Rusiyadan avtomobillərin Aİ-yə girişinə qoyulan qadağa cavabsız qalmayacaq
Zaxarova: Rusiyadan avtomobillərin Aİ-yə girişinə qoyulan qadağa cavabsız qalmayacaq
Sputnik Azərbaycan
Hazırda Rusiyanın müvafiq qurumları bu qadağaya cavab addımları üzərində işləyir. 04.10.2023, Sputnik Azərbaycan
2023-10-04T22:45+0400
2023-10-04T22:45+0400
2023-10-04T22:45+0400
mariya zaxarova
rusiya
ai
avtomobil
giriş
qadağa
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427053427_0:0:2947:1659_1920x0_80_0_0_72e58206a7ec92cf53ab3d2e0adf9fd8.jpg
BAKI, 4 oktyabr — Sputnik. Rusiya bir sıra Avropa ölkələrinin Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa tətbiq etməsinə lazımi cavab verəcək. Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib. Onun sözlərinə görə, hazırda Rusiyanın müvafiq qurumları bu qadağaya cavab addımları üzərində işləyir. "Bu qərarlar razılaşdırıldıqda, biz bu barədə sizə məlumat verəcəyik, lakin deyə bilərəm ki, Avropa İttifaqı ölkələrinin bu hərəkətləri lazımi reaksiyasız keçməyəcək", - deyə "RİA Novosti" Zaxarovadan sitat gətirib. Bundan əvvəl Rusiya dövlət nömrə nişanlı avtomobillərin öz ərazisinə daxil olmasını qadağan edən doqquz Aİ ölkəsi barədə məlumat verilmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, bu qadağa rusiyalılara qarşı nasizmin təzahürüdür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/1a/427053427_216:0:2947:2048_1920x0_80_0_0_da2a3c1e5e1c25f4687f74767f4b9964.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
mariya zaxarova, ai, avtomobil, giriş, qadağa, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
mariya zaxarova, ai, avtomobil, giriş, qadağa, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Zaxarova: Rusiyadan avtomobillərin Aİ-yə girişinə qoyulan qadağa cavabsız qalmayacaq
Hazırda Rusiyanın müvafiq qurumları bu qadağaya cavab addımları üzərində işləyir.
BAKI, 4 oktyabr — Sputnik. Rusiya bir sıra Avropa ölkələrinin Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa tətbiq etməsinə lazımi cavab verəcək.
Bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
Onun sözlərinə görə, hazırda Rusiyanın müvafiq qurumları bu qadağaya cavab addımları üzərində işləyir.
"Bu qərarlar razılaşdırıldıqda, biz bu barədə sizə məlumat verəcəyik, lakin deyə bilərəm ki, Avropa İttifaqı ölkələrinin bu hərəkətləri lazımi reaksiyasız keçməyəcək", - deyə "RİA Novosti" Zaxarovadan sitat gətirib.
Bundan əvvəl Rusiya dövlət nömrə nişanlı avtomobillərin öz ərazisinə daxil olmasını qadağan edən doqquz Aİ ölkəsi barədə məlumat verilmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, bu qadağa rusiyalılara qarşı nasizmin təzahürüdür.