Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova Rusiya, Aİ və ABŞ rəsmilərinin İstanbulda görüşdüyünü təsdiqlədi

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 04.10.2023
Abunə olmaq
Tərəflər Ermənistandan humanitar yardım daşıyan yük maşınları karvanının Qarabağa buraxılmasını təmin etmək üçün Bakıya təzyiq göstərmək istəyiblər.
BAKI, 4 oktyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi (XİN) Qarabağdakı antiterror tədbirlərinin keçirilməsindən əvvəl İstanbulda Moskva, Brüssel və Vaşinqton rəsmiləri arasında görüşün keçirildiyini təsdiqləyib.
Bu barədə Rusiya Xİ-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. O, "Politico" nəşrinin "Rusiya, Aİ və ABŞ Qarabağdakı gərginlikdən əvvəl gizli görüş keçirib" məlumatını şərh edərək bunun gizli olmadığını diqqətə çatdırıb. O qeyd edib ki, Qərb ölkələri bu təşəbbüslə çıxış edib və görüş istəyiblər.
Qeyd edək ki, "Politico"nun məlumatına görə, sentyabrın 17-də, Qarabağdakı lokal antiterror tədbirlərindən iki gün əvvəl İstanbulda yüksək vəzifəli məmurların, yəni Lui Bono, Toivo Klaar və İqor Xovayevin görüşü baş tutub.
Nəşr iddiasına görə, tərəflər Ermənistandan humanitar yardım daşıyan yük maşınları karvanının Qarabağa buraxılmasını təmin etmək üçün Bakıya təzyiq göstərmək istəyiblər.
Xəbər lenti
0