Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov Qərb ölkələrinin Rusiyanı təcrid etməklə bağlı bəyanatlarını əsassız adlandırıb

© Sputnik / POOL / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 04.10.2023
Abunə olmaq
Kremlin nümayəndəsi qeyd edib ki, getdikcə daha çox ölkə Rusiya ilə münasibətləri qurmaq istəyir.
BAKI, 4 oktyabr — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb ölkələrinin "Rusiyanın təcrid olunmasında" müvəffəqiyyət qazanması barədə açıqlamalarını əsassız adlandırıb, çünki getdikcə daha çox ölkə Moskva ilə əməkdaşlıq etmək istəyini ifadə edir.
Bu barədə Rusiya mediası Kremlin nümayəndəsinin oktyabrın 4-də keçirdiyi mətbuat konfransında söylədiklərinə istinadən xəbər verib.
"Getdikcə daha çox ölkə Rusiya ilə bərabərhüquqlu münasibətlər qurmaq istəyir, bu proses davam edəcək", - deyə Rusiya prezidentinin mətbuat katibi deyib.
Öz növbəsində, Prezident Vladimir Putin dəfələrlə vurğulayıb ki, Rusiyanı təcrid etmək prinsipcə mümkün deyil və bunu başa düşmək üçün "xəritəyə baxmaq", eləcə də Qərbin tətbiq etdiyi sanksiyalarına baxmayaraq Moskvanın bir çox ölkələrlə əməkdaşlığının fəal inkişafına nəzər yetirmək kifayətdir.
Xəbər lenti
0