https://sputnik.az/20231004/bakinin-bir-nece-kucesinde-hereketin-teskilinde-deyisiklik-edilib-459263306.html
Bakının bir neçə küçəsində hərəkətin təşkilində dəyişiklik edilib
Bakının bir neçə küçəsində hərəkətin təşkilində dəyişiklik edilib
Sputnik Azərbaycan
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakının bir neçə küçə və prospektində yaranan sıxlığın aradan qaldırılması məqsədilə təkliflər hazırlayıb. 04.10.2023, Sputnik Azərbaycan
2023-10-04T11:14+0400
2023-10-04T11:14+0400
2023-10-04T11:14+0400
bakı
paytaxt xəbərləri
daxili işlər
hərəkətin tənzimlənməsi
nəqliyyatı intellektual idarəetmə mərkəzi
https://cdnn1.img.sputnik.az/img/40630/18/406301878_0:74:1601:974_1920x0_80_0_0_70fd3b727932f2f86396c0a207317d0c.jpg
BAKI, 4 oktyabr — Sputnik. Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Mərkəz əməkdaşları bu ərazidə videoaşkarlayıcı kameralar vasitəsilə günün pik saatlarında nəqliyyat vasitələrinin orta say və orta sürət məlumatlarını götürərək xüsusi proqram təminatları vasitəsilə simulyasiya edib və bunun əsasında təklif hazırlanıb. Kəsişmədə yaranan qəza şəraiti və nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə işlərə başlanılıb. Bundan sonra nəqliyyat vasitələri Nazim Hikmət küçəsindən metronun "İnşaatçılar" stansiyası istiqamətinə birbaşa hərəkət edə bilməyəcəklər. Çünki qeyd olunan istiqamətlərdə 5.8.1 nişanının quraşdırılması təmin edilib. Avtomobillər yalnız düzünə və sağa hərəkət edə biləcəklər. Musabəyov parkı istiqamətində və "İnşaatcılar" m/st istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri sağa dönərək irəlidə geriyədönmədən istifadə etməklə göstərilən ərazilərə gedə biləcəklər. Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakının bir neçə küçə və prospektində yaranan sıxlığın aradan qaldırılması məqsədilə təkliflər hazırlayıb və baxılması üçün aidiyyəti dövlət qurumlara göndərilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40630/18/406301878_116:0:1415:974_1920x0_80_0_0_15170c3d4a47f6fb72e5f6ad3989364a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, daxili işlər, hərəkətin tənzimlənməsi, nəqliyyatı intellektual idarəetmə mərkəzi
bakı, daxili işlər, hərəkətin tənzimlənməsi, nəqliyyatı intellektual idarəetmə mərkəzi
Bakının bir neçə küçəsində hərəkətin təşkilində dəyişiklik edilib
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakının bir neçə küçə və prospektində yaranan sıxlığın aradan qaldırılması məqsədilə təkliflər hazırlayıb.
BAKI, 4 oktyabr — Sputnik. Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Nazim Hikmət küçələrinin kəsişməsində hərəkətin təşkilində dəyişiklik edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Mərkəz əməkdaşları bu ərazidə videoaşkarlayıcı kameralar vasitəsilə günün pik saatlarında nəqliyyat vasitələrinin orta say və orta sürət məlumatlarını götürərək xüsusi proqram təminatları vasitəsilə simulyasiya edib və bunun əsasında təklif hazırlanıb.
Kəsişmədə yaranan qəza şəraiti və nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə işlərə başlanılıb. Bundan sonra nəqliyyat vasitələri Nazim Hikmət küçəsindən metronun "İnşaatçılar" stansiyası istiqamətinə birbaşa hərəkət edə bilməyəcəklər. Çünki qeyd olunan istiqamətlərdə 5.8.1 nişanının quraşdırılması təmin edilib. Avtomobillər yalnız düzünə və sağa hərəkət edə biləcəklər.
Musabəyov parkı istiqamətində və "İnşaatcılar" m/st istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri sağa dönərək irəlidə geriyədönmədən istifadə etməklə göstərilən ərazilərə gedə biləcəklər.
Qeyd edək ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakının bir neçə küçə və prospektində yaranan sıxlığın aradan qaldırılması məqsədilə təkliflər hazırlayıb və baxılması üçün aidiyyəti dövlət qurumlara göndərilib.