https://sputnik.az/20231003/vardanyanin-heyati-ve-umidleri-azerbaycan-prezidenti-lham-eliyevle-baglidir---kiselyov-459236848.html
Vardanyanın həyatı və ümidləri Azərbaycan prezidenti İlham Əliyevlə bağlıdır - Kiselyov
Vardanyanın həyatı və ümidləri Azərbaycan prezidenti İlham Əliyevlə bağlıdır - Kiselyov
Sputnik Azərbaycan
Dmitri Kiselyov qeyd edib ki, İlham Əliyev artıq Qarabağ oyununda qalib gəlib və Vardanyan ona heç bir təhlükə yaratmır. 03.10.2023, Sputnik Azərbaycan
2023-10-03T14:02+0400
2023-10-03T14:02+0400
2023-10-03T14:02+0400
dmitri kiselyov
rusiya
prezident ilham əliyev
ruben vardanyan
ermənistanın baş naziri nikol paşinyan
nikol paşinyan
ermənistan
https://cdnn1.img.sputnik.az/img/40752/15/407521551_0:0:2915:1640_1920x0_80_0_0_e149efe84ea789041bf786c1355c08b6.jpg
BAKI, 3 oktyabr — Sputnik. "Rəsmi İrəvan Ruben Vardanyanın Azərbaycan tərəfindən həbs edilməsi ilə bağlı yardım üçün Rusiyaya üz tutur, lakin o, artıq rus olmadığı üçün bizim ona kömək etmək imkanımız yoxdur". Bunu rusiyalı jurnalist Dmitri Kiselyov "Həftənin xəbərləri" verilişində Azərbaycanın Ruben Vardanyanı həbs etməsini şərh edərkən deyib. O, bildirib ki, hər şeyə baxanda saxlanılan şəxsə kömək etmək pis olmazdı, çünki Bakı şəhəri Səbail Məhkəməsinin qərarı ilə Vardanyan barəsində 4 ay müddətinə həbs qərarı çıxarıb və onu 14 ilədək həbs cəzası gözləyir. "Ermənistanın baş naziri Nikol Paşinyan Vardanyana kömək etməyə tələsmir. Çünki Vardanyan Paşinyan üçün ən güclü siyasi rəqibdir. Amerikalılara da Vardanyanın azad olması lazım deyil", - deyə jurnalist vurğulayıb. Onun sözlərinə görə, reallıq və ironiya ilə belədir ki, Vardanyanın həyatı və bütün ümidləri indi yalnız bir şəxslə, Azərbaycan prezidenti İlham Əliyevlə bağlıdır: "Məhbusu yalnız yaxşı məqamda əfv etmək onun səlahiyyətindədir. Əliyev artıq Qarabağ oyununda qalib gəlib və Vardanyan ona heç bir təhlükə yaratmır. Artıq Vardanyanın çıxış yolu yoxdur və onu məhkəmənin ağır qərarı gözləyir", - deyə Kiselyov qeyd edib.Vardanyanın həbsiSentyabrın 28-də Səbail rayon Məhkəməsində qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.Məhkəmə tərəfindən Ruben Vardayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.Qeyd edək ki, Ruben Vardanyan sentyabrın 27-də Laçın dövlət sərhəd-buraxılış məntəqəsində saxlanılıb.Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40752/15/407521551_52:0:2783:2048_1920x0_80_0_0_878dae1fc3f2ed02972e8ac31c50ef98.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dmitri kiselyov, prezident ilham əliyev, ruben vardanyan, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, ermənistan
dmitri kiselyov, prezident ilham əliyev, ruben vardanyan, ermənistanın baş naziri nikol paşinyan, nikol paşinyan, ermənistan
Vardanyanın həyatı və ümidləri Azərbaycan prezidenti İlham Əliyevlə bağlıdır - Kiselyov
Dmitri Kiselyov qeyd edib ki, İlham Əliyev artıq Qarabağ oyununda qalib gəlib və Vardanyan ona heç bir təhlükə yaratmır.
BAKI, 3 oktyabr — Sputnik. "Rəsmi İrəvan Ruben Vardanyanın Azərbaycan tərəfindən həbs edilməsi ilə bağlı yardım üçün Rusiyaya üz tutur, lakin o, artıq rus olmadığı üçün bizim ona kömək etmək imkanımız yoxdur".
Bunu rusiyalı jurnalist Dmitri Kiselyov "Həftənin xəbərləri" verilişində Azərbaycanın Ruben Vardanyanı həbs etməsini şərh edərkən deyib.
O, bildirib ki, hər şeyə baxanda saxlanılan şəxsə kömək etmək pis olmazdı, çünki Bakı şəhəri Səbail Məhkəməsinin qərarı ilə Vardanyan barəsində 4 ay müddətinə həbs qərarı çıxarıb və onu 14 ilədək həbs cəzası gözləyir.
"Ermənistanın baş naziri Nikol Paşinyan Vardanyana kömək etməyə tələsmir. Çünki Vardanyan Paşinyan üçün ən güclü siyasi rəqibdir. Amerikalılara da Vardanyanın azad olması lazım deyil", - deyə jurnalist vurğulayıb.
Onun sözlərinə görə, reallıq və ironiya ilə belədir ki, Vardanyanın həyatı və bütün ümidləri indi yalnız bir şəxslə, Azərbaycan prezidenti İlham Əliyevlə bağlıdır:
"Məhbusu yalnız yaxşı məqamda əfv etmək onun səlahiyyətindədir. Əliyev artıq Qarabağ oyununda qalib gəlib və Vardanyan ona heç bir təhlükə yaratmır. Artıq Vardanyanın çıxış yolu yoxdur və onu məhkəmənin ağır qərarı gözləyir", - deyə Kiselyov qeyd edib.
Sentyabrın 28-də Səbail rayon Məhkəməsində qondarma “Dağlıq Qarabağ Respublikasının dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.
Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.
Məhkəmə tərəfindən Ruben Vardayan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Ruben Vardanyan sentyabrın 27-də Laçın dövlət sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.