Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Pentaqon rəsmisinin həbsi ABŞ-ın Rusiyaya qarşı informasiya müharibəsini izah edir

© AFP 2024 / FREDERIC WALLOISPentaqon
Pentaqon - Sputnik Azərbaycan, 1920, 03.10.2023
Abunə olmaq
Saxlanılan şəxs ABŞ müdafiə nazirinin baş informasiya direktoru yanında idarəetmə və rabitə üzrə informasiya xidməti rəhbərinin müavinidir.
BAKI, 3 oktyabr — Sputnik. Pentaqonun yüksək rütbəli rəsmisi Frederik Morefildin saxlanılması ABŞ-ın başlatdığı rusofob informasiya müharibəsi fonunda çox şeyi izah edir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında bildirib.
"The Washington Post"un məlumatına görə, saxlanılan şəxs ABŞ müdafiə nazirinin baş informasiya direktoru yanında idarəetmə və rabitə üzrə informasiya xidməti rəhbərinin müavinidir. Kiçik Morfild sentyabrın sonlarında it döyüşlərində iştirak etdiyini etiraf etdiyi iddia edilən köhnə dostu Mario Flaytla birlikdə saxlanılıb.
Səlahiyyətlilər bildiriblər ki, kiçik Morfild 20 ildən artıqdır ki, it döyüşləri təşkil edir. Polis ittiham irəli sürdükdən sonra onu və Flaytı sərbəst buraxıb.
Xatırladaq ki, yazda Pentaqonun məxfi məlumatlarını sızdırmaqda şübhəli bilinən Cek Teyşeyra ABŞ-da saxlanılıb. O, günahını etiraf etməyib. Teyşeyra altı maddə ilə ittiham olunur və onu 60 ilə qədər həbs gözləyir.
Xəbər lenti
0