https://sputnik.az/20231003/mdb-nin-biskek-sammitinde-azerbaycan-ve-ermenistan-liderlerinin-istiraki-gozlenilir-459229097.html
MDB-nin Bişkek sammitində Azərbaycan və Ermənistan liderlərinin iştirakı gözlənilir
MDB-nin Bişkek sammitində Azərbaycan və Ermənistan liderlərinin iştirakı gözlənilir
Sputnik Azərbaycan
Şuranın iclasının Qırğızıstanın paytaxtında oktyabrın 13-nə keçirilməsi planlaşdırılıb. İclasdan əvvəl MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası... 03.10.2023, Sputnik Azərbaycan
2023-10-03T15:55+0400
2023-10-03T15:55+0400
2023-10-03T15:55+0400
mdb
rusiya
ukrayna
moldova
sergey lebedev
qırğızıstan
ermənistan
bişkek
https://cdnn1.img.sputnik.az/img/07e7/04/09/453563440_0:0:1428:804_1920x0_80_0_0_cbe1c83d8126a81ff1dbd1ef56fdec57.jpg
BAKI, 3 oktyabr — Sputnik. Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev Ukrayna və Moldova istisna olmaqla, assosiasiyanın bütün ölkələrinin liderlərinin Bişkekdə keçiriləcək MDB Dövlət Başçıları Şurasında iştirakını gözlədiyini açıqlayıb. Şuranın iclasının Qırğızıstanın paytaxtında oktyabrın 13-nə keçirilməsi planlaşdırılıb. İclasdan əvvəl MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası olacaq. "Əksər ölkələr iştirakını təsdiqləyiblər. Ukrayna və Moldovanın iştirakına gəlincə, onlar Dövlət Başçıları Şurasının iclasında, Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunmayacaqlar. Onlar iştirak etməkdən çəkinirlər, ancaq MDB üzvü olaraq qalır", - Lebedev Minskdə jurnalistlərə bildirib. Qarabağ ətrafında yaranmış vəziyyət fonunda Bişkek sammitində Ermənistan və Azərbaycanın iştirakı planları ilə bağlı sualı cavablandıran Lebedev qeyd edib ki, Birlik İcraiyyə Komitəsinin Ukrayna və Moldovadan başqa heç bir dövlətin bundan imtina etməsi barədə məlumatı yoxdur. "Qalanlarına gəlincə, heç kimin iştirakdan imtina edəcəyi ilə bağlı heç bir məlumatımız yoxdur. Ən azı, indi əldə etdiyimiz məlumat onu deməyə əsas verir ki, Ukrayna və Moldova istisna olmaqla, əksər dövlətlər bu tədbirdə təmsil olunacaqlar", - deyə MDB baş katibi əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/09/453563440_1:0:1428:1070_1920x0_80_0_0_4d4e5da06a4da1b7df6b10201e16b0b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mdb, ukrayna, moldova, sergey lebedev, qırğızıstan, ermənistan, bişkek
mdb, ukrayna, moldova, sergey lebedev, qırğızıstan, ermənistan, bişkek
MDB-nin Bişkek sammitində Azərbaycan və Ermənistan liderlərinin iştirakı gözlənilir
Şuranın iclasının Qırğızıstanın paytaxtında oktyabrın 13-nə keçirilməsi planlaşdırılıb. İclasdan əvvəl MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası olacaq.
BAKI, 3 oktyabr — Sputnik. Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibi Sergey Lebedev Ukrayna və Moldova istisna olmaqla, assosiasiyanın bütün ölkələrinin liderlərinin Bişkekdə keçiriləcək MDB Dövlət Başçıları Şurasında iştirakını gözlədiyini açıqlayıb.
Şuranın iclasının Qırğızıstanın paytaxtında oktyabrın 13-nə keçirilməsi planlaşdırılıb. İclasdan əvvəl MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası olacaq.
"Əksər ölkələr iştirakını təsdiqləyiblər. Ukrayna və Moldovanın iştirakına gəlincə, onlar Dövlət Başçıları Şurasının iclasında, Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunmayacaqlar. Onlar iştirak etməkdən çəkinirlər, ancaq MDB üzvü olaraq qalır", - Lebedev Minskdə jurnalistlərə bildirib.
Qarabağ ətrafında yaranmış vəziyyət fonunda Bişkek sammitində Ermənistan və Azərbaycanın iştirakı planları ilə bağlı sualı cavablandıran Lebedev qeyd edib ki, Birlik İcraiyyə Komitəsinin Ukrayna və Moldovadan başqa heç bir dövlətin bundan imtina etməsi barədə məlumatı yoxdur.
"Qalanlarına gəlincə, heç kimin iştirakdan imtina edəcəyi ilə bağlı heç bir məlumatımız yoxdur. Ən azı, indi əldə etdiyimiz məlumat onu deməyə əsas verir ki, Ukrayna və Moldova istisna olmaqla, əksər dövlətlər bu tədbirdə təmsil olunacaqlar", - deyə MDB baş katibi əlavə edib.