https://sputnik.az/20231003/baki-seherinin-3d-mobil-xerite-sistemi-hazirlanir-459229225.html
Bakı şəhərinin "3D mobil xəritə" sistemi hazırlanır
Bakı şəhərinin "3D mobil xəritə" sistemi hazırlanır
Sputnik Azərbaycan
Vətəndaşlarımız 3D xəritəyə baxıb istədikləri yer haqqında məlumat əldə edə biləcəklər. Harada sıxlıq, qəza var, hansı yolla gedəcəyimiz yerə daha taz çatmaq... 03.10.2023, Sputnik Azərbaycan
2023-10-03T21:11+0400
2023-10-03T21:11+0400
2023-10-03T21:11+0400
bakı
paytaxt xəbərləri
proqram
xəritə
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/02/459178810_0:167:3046:1880_1920x0_80_0_0_d254b4e6edf7abe29e34c93d3219a99c.jpg
BAKI, 3 oktyabr — Sputnik. Bakı şəhərinin 3D xəritəsini çəkilir. Bu, daha dəqiq və müasir mobil xəritə olacaq. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev AZƏRTAC-a müsahibəsində deyib. NİİM rəisi bildirib ki, bu gün hamı üçün getdiyi yeri əvvəlcədən görə bilmək, seçim etmək və ora daha tez çatmaq birinci məsələlərdən biridir. O qeyd edir ki, vətəndaşlarımız 3D xəritəyə baxıb istədikləri yer haqqında məlumat əldə edə biləcəklər: "Bununla yanaşı, mobil tətbiqin hazırlanması istiqamətində işlərimiz gedir. Bu sahədə də çalışırıq. Mobil tətbiq vasitəsilə vətəndaşlar yollar barədə məlumat alacaqlar. Harada sıxlıq, qəza var, hansı yolla gedəcəyimiz yerə daha taz çatmaq olar kimi məlumatlar veriləcək. Hazırda isə bu cür məlumatları sosial şəbəkələr və media vasitəsilə veririk". O, "3D mobil xəritə" sisteminin yollardakı tıxac və sıxlıqlar, həmçinin qəzalar barədə məlumat verən digər mobil tətbiqlərdən üstün cəhətlərini də açıqlayıb: "Düzdür, həmin proqramlar var. Bizim üstünlüyümüz o olacaq ki, yolda qəza və ya texniki nasazlıq olacağı halda onu mobil tətbiqə daha tez daxil edə biləcəyik. Yəni, bunu sıxlıq yaranan kimi görəcəyik. İndi istifadə olunan proqramlarda əvvəlcə həmin ərazi xəritədə qızarır, sonra görə bilirsiniz. Amma 3D xəritədə bunları daha operativ və dəqiq görə biləcəyik".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/02/459178810_159:0:2888:2047_1920x0_80_0_0_5805c2cb6b34965dacac6de183486823.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, proqram, xəritə
Bakı şəhərinin "3D mobil xəritə" sistemi hazırlanır
Vətəndaşlarımız 3D xəritəyə baxıb istədikləri yer haqqında məlumat əldə edə biləcəklər. Harada sıxlıq, qəza var, hansı yolla gedəcəyimiz yerə daha taz çatmaq olar kimi məlumatlar veriləcək.
BAKI, 3 oktyabr — Sputnik. Bakı şəhərinin 3D xəritəsini çəkilir. Bu, daha dəqiq və müasir mobil xəritə olacaq.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev AZƏRTAC-a müsahibəsində deyib.
NİİM rəisi bildirib ki, bu gün hamı üçün getdiyi yeri əvvəlcədən görə bilmək, seçim etmək və ora daha tez çatmaq birinci məsələlərdən biridir. O qeyd edir ki, vətəndaşlarımız 3D xəritəyə baxıb istədikləri yer haqqında məlumat əldə edə biləcəklər: "Bununla yanaşı, mobil tətbiqin hazırlanması istiqamətində işlərimiz gedir. Bu sahədə də çalışırıq. Mobil tətbiq vasitəsilə vətəndaşlar yollar barədə məlumat alacaqlar. Harada sıxlıq, qəza var, hansı yolla gedəcəyimiz yerə daha taz çatmaq olar kimi məlumatlar veriləcək. Hazırda isə bu cür məlumatları sosial şəbəkələr və media vasitəsilə veririk".
O, "3D mobil xəritə" sisteminin yollardakı tıxac və sıxlıqlar, həmçinin qəzalar barədə məlumat verən digər mobil tətbiqlərdən üstün cəhətlərini də açıqlayıb: "Düzdür, həmin proqramlar var. Bizim üstünlüyümüz o olacaq ki, yolda qəza və ya texniki nasazlıq olacağı halda onu mobil tətbiqə daha tez daxil edə biləcəyik. Yəni, bunu sıxlıq yaranan kimi görəcəyik. İndi istifadə olunan proqramlarda əvvəlcə həmin ərazi xəritədə qızarır, sonra görə bilirsiniz. Amma 3D xəritədə bunları daha operativ və dəqiq görə biləcəyik".