Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ərzaq təhlükəsizliyinin təmin edilməsinə yardım edir - Lavrov

© Photo : Russian Foreign Ministry Press Service via APRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
Rusiya Federasiyası ilə Latın Amerikası dövlətləri arasında ənənəvi olaraq Latın Amerikalılarının müstəqillik uğrunda mübarizəsi zamanı başlayan dostluq münasibətləri mövcuddur.
BAKI, 2 oktyabr — Sputnik. Rusiya Latın Amerikasının üzləşdiyi ən aktual problemlərin həllində, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsində yardım göstərib və göstərməkdə davam edir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Latın Amerikası parlament konfransının iştirakçılarına videomüraciətində deyib.
Nazir vurğulayıb ki, Rusiya Federasiyası ilə Latın Amerikası dövlətləri arasında ənənəvi olaraq Latın Amerikalılarının müstəqillik uğrunda mübarizəsi zamanı başlayan dostluq münasibətləri mövcuddur.
"Rusiya həmişə Cənubi və Mərkəzi Amerika, Meksika və Karib hövzəsi xalqlarının həqiqi azadlıq və həqiqi suverenlik əldə etmək, öz müqəddəratlarını öz əllərinə almaq istəyinə rəğbət bəsləyib", - Lavrov bildirib.
"O günlərdə yaradılmış dostluq və etimad ənənələri bu gün də öz aktuallığını qoruyub saxlayır. Çətin geosiyasi vəziyyətə baxmayaraq, qarşılıqlı fəaliyyətimiz getdikcə inkişaf edir: müntəzəm siyasi və parlamentlərarası dialoq aparılır, nazirliklər və idarələr vasitəsilə əməkdaşlıq davam etdirilir. Ticarət-iqtisadi və humanitar mübadilələr , elm və təhsil əlaqələri möhkəmlənir. Rusiya regionun üzləşdiyi ən aktual problemlərin həllində, koronavirus epidemiyası ilə mübarizədən tutmuş ərzaq təhlükəsizliyinin təmin edilməsinə və onun nəticələrinin aradan qaldırılmasına qədər yardım göstərib və göstərməkdə davam edir", - deyə XİN rəhbəri qeyd edib.
Lavrov Rusiya Federasiyası və region ölkələrini "dövlətlərarası kommunikasiyanın demokratikləşdirilməsinə, onun beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə, ilk növbədə BMT Nizamnaməsinə əsaslanaraq qurulmasına güclü sədaqətlə birləşdirməsinə diqqət çəkib.
"Biz dünya xalqlarının mədəni və sivilizasiya müxtəlifliyinə hörmətin, onların siyasi və sosial-iqtisadi inkişaf yollarını və modellərini özləri müəyyən etmək hüququnun ardıcıl tərəfdarıyıq", - o vurğulayıb.
Dövlət Dumasının təşəbbüsü ilə sentyabrın 29-dan oktyabrın 2-dək Moskvada "Rusiya - Latın Amerikası" adlı birinci beynəlxalq parlament konfransı keçirilir. Latın Amerikası və Karib hövzəsi ölkələrindən olan parlamentarilər, ekspert icmasının nümayəndələri, ictimai xadimlər və diplomatlar rusiyalı həmkarları ilə beynəlxalq parlamentin gündəliyində duran aktual məsələləri müzakirə edirlər.
Xəbər lenti
0