Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Argentinanın BRİKS-ə qoşulması qərarından məmnundur - Lavrov

© Sputnik / МИД РФ / Mediabanka keçidRusiya xarici işlər naziri Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 02.10.2023
Abunə olmaq
Lavrov əlavə edib ki, Rusiya həm də BMT, G20 və BRİKS daxil olmaqla, əsas beynəlxalq strukturlarda region ölkələrinin layiqli təmsil olunmasının tərəfdarıdır.
BAKI, 2 oktyabr — Sputnik. Rusiya Argentinanın BRİKS-ə qoşulmaq qərarını alqışlayır. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya-Latın Amerikası parlament konfransının iştirakçılarına videomüraciətində deyib.
"Məmnunluq hissi ilə qeyd edirik ki, Cənubi Amerikanın aparıcı ölkələrindən biri olan Argentina BRİKS liderlərinin avqust ayında Yohannesburqda keçirilən sammitində qəbul etdiyi qərarla bu yeni müasir tipli çoxtərəfli assosiasiyaya tamhüquqlu üzv olmağa dəvət edilib", - Rusiya XİN rəhbəri deyib.
Lavrov əlavə edib ki, Rusiya həm də BMT, G20 və BRİKS daxil olmaqla, əsas beynəlxalq strukturlarda region ölkələrinin layiqli təmsil olunmasının tərəfdarıdır.
Xatırladaq ki, 22-24 avqust tarixlərində Cənubi Afrikanın Yohannesburq şəhərində BRİKS sammiti keçirilir. Tədbirdə Çin, Hindistan, Braziliya və Cənubi Afrikanın liderləri iştirak edirlər. Rusiyanı sammitdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov təmsil edir. Rusiya lideri Vladimir Putin görüşə videobağlantı vasitəsilə qoşulub.
Bundan əvvəl Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İran, Argentina, Misir və Efiopiyanın BRİKS-ə rəsmi dəvət edildiyini bildirmişdi.
Xəbər lenti
0