Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Qərbi nüvə silahından istifadə ilə bağlı spekulyasiyalara son qoymağa çağırıb

B61-12 - Sputnik Azərbaycan, 1920, 01.10.2023
Abunə olmaq
Rusiya bütün dünyanı məhv etmək təhlükəsi yaratmadan öz maraqlarına standart üsullarla nail olmaq üçün bütün lazımi resurslara malikdir.
BAKI, 1 oktyabr - Sputnik. Vyanada keçirilən danışıqlarda hərbi təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov “Rossiya 24” telekanalında çıxış edərək, Qərbi nüvə silahından istifadə ilə bağlı boş spekulyasiyalara son qoymağa çağırıb. Onun sözlərinə görə, bu cür yalanlara ehtiyac yoxdur.
Bu barədə Rusiya mediası xəbər verib.
“Amerikalılar bildiriblər: Rusiya nüvə silahı ilə hədələyir. Heç vaxt belə bir şey olmayıb. Bizim konsepsiyalarımız, doktrinamız var, nüvə silahının nə vaxt və harada istifadə oluna biləcəyini göstərən sənədlərimiz var. Biz buna ciddi əməl edirik. Bununla bağlı heç bir spekulyasiyaya ehtiyac yoxdur”, - deyə Qavrilov bildirib.
Diplomat həmçinin Qərbi qorxutmağa, sınaqlar keçirməyə və digər hərəktləri edən rusiyalı spikerlərə də müraciət edib. Qavrilov hesab edir ki, belə oyunlar son dərəcə təhlükəlidir. Rusiya bütün dünyanı məhv etmək təhlükəsi yaratmadan öz maraqlarına standart üsullarla nail olmaq üçün bütün lazımi resurslara malikdir.
Eyni zamanda, Qavrilov Qərbin hərəkətlərindən narahatlığını bildirib. Məsələn, Ukraynaya onilliklər ərzində ərazini yoluxduran tükənmiş uran mərmilərinin tədarükü ciddi narahatlıq doğurur.
Xəbər lenti
0