https://sputnik.az/20230930/ukraynanin-erazi-butovluyunu-mehz-qerb-pozdu---lavrov-459071002.html
Ukraynanın ərazi bütövlüyünü məhz Qərb pozdu - Lavrov
Ukraynanın ərazi bütövlüyünü məhz Qərb pozdu - Lavrov
Sputnik Azərbaycan
Rusiya XİN başçısının fikrincə, məhz Qərb ölkələri Minsk sazişlərini yerinə yetirmək niyyətində olmadıqlarını etiraf edərkən Ukraynanın ərazi bütövlüyünü məhv... 30.09.2023, Sputnik Azərbaycan
2023-09-30T00:36+0400
2023-09-30T00:36+0400
2023-09-30T00:36+0400
sergey lavrov
rusiya
ukrayna
qərb
almaniya
almaniya kansleri angela merkel
fransa
pyotr poroşenko
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455655443_0:0:3072:1728_1920x0_80_0_0_29105ac33ed51f6b6f12e60cd117a9d7.jpg
BAKI, 30 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, məhz Qərb ölkələri Minsk sazişlərini yerinə yetirmək niyyətində olmadıqlarını etiraf edərkən Ukraynanın ərazi bütövlüyünü məhv ediblər. "TASS" agentliyi bu barədə xəbər verib. Agentliyin müxbirləri ilə söhbət zamanı nazir qeyd edib ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin Minsk razılaşmalarının həmmüəllifləri Rusiya liderini çaşdırdıqlarını açıq şəkildə etiraf ediblər. Lavrov vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyünü pozan məhz onların yalanları olub. Eyni zamanda o xatırladıb ki, ötən il Almaniyanın keçmiş kansleri Angela Merkel, Fransanın keçmiş Prezidenti Fransua Olland və Ukraynanın keçmiş lideri Pyotr Poroşenko bəyan ediblər ki, bu razılaşmalar Kiyev rejiminin arsenalını artırmaq üçün vaxt qazanmaqdan ötrü lazım olub. "Əgər onlar Minsk razılaşmalarına əməl etsəydilər, Ukraynanın ərazi bütövlüyü təmin edilmiş olardı", - deyə XİN rəhbəri əmin edib. Bundan əvvəl Lavrov, onu da qeyd edib ki, Moskva "yerdəki reallıqları" və Rusiyanın təhlükəsizliyinin maraqlarını nəzərə alaraq, Ukrayna ilə bağlı danışıqlara hazırdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/06/455655443_125:0:2856:2048_1920x0_80_0_0_686a618b95ed70c2bff1a8b61a11b182.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
sergey lavrov, ukrayna, qərb, almaniya, almaniya kansleri angela merkel, fransa, pyotr poroşenko
sergey lavrov, ukrayna, qərb, almaniya, almaniya kansleri angela merkel, fransa, pyotr poroşenko
Ukraynanın ərazi bütövlüyünü məhz Qərb pozdu - Lavrov
Rusiya XİN başçısının fikrincə, məhz Qərb ölkələri Minsk sazişlərini yerinə yetirmək niyyətində olmadıqlarını etiraf edərkən Ukraynanın ərazi bütövlüyünü məhv ediblər.
BAKI, 30 sentyabr — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, məhz Qərb ölkələri Minsk sazişlərini yerinə yetirmək niyyətində olmadıqlarını etiraf edərkən Ukraynanın ərazi bütövlüyünü məhv ediblər.
"TASS" agentliyi bu barədə xəbər verib.
Agentliyin müxbirləri ilə söhbət zamanı nazir qeyd edib ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin Minsk razılaşmalarının həmmüəllifləri Rusiya liderini çaşdırdıqlarını açıq şəkildə etiraf ediblər. Lavrov vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyünü pozan məhz onların yalanları olub.
Eyni zamanda o xatırladıb ki, ötən il Almaniyanın keçmiş kansleri Angela Merkel, Fransanın keçmiş Prezidenti Fransua Olland və Ukraynanın keçmiş lideri Pyotr Poroşenko bəyan ediblər ki, bu razılaşmalar Kiyev rejiminin arsenalını artırmaq üçün vaxt qazanmaqdan ötrü lazım olub.
"Əgər onlar Minsk razılaşmalarına əməl etsəydilər, Ukraynanın ərazi bütövlüyü təmin edilmiş olardı", - deyə XİN rəhbəri əmin edib.
Bundan əvvəl Lavrov, onu da qeyd edib ki, Moskva "yerdəki reallıqları" və Rusiyanın təhlükəsizliyinin maraqlarını nəzərə alaraq, Ukrayna ilə bağlı danışıqlara hazırdır.