https://sputnik.az/20230930/talyanlarin-ekseriyyeti-ukrayna-munaqisesinin-tezlikle-bitmesini-isteyir---rusiya-sefiri-459134332.html
İtalyanların əksəriyyəti Ukrayna münaqişəsinin tezliklə bitməsini istəyir - Rusiya səfiri
İtalyanların əksəriyyəti Ukrayna münaqişəsinin tezliklə bitməsini istəyir - Rusiya səfiri
Sputnik Azərbaycan
İtalyanların əksəriyyəti birmənalı olaraq Rusiya ilə dostluq münasibətlərinin saxlanmasının tərəfdarıdır. 30.09.2023, Sputnik Azərbaycan
2023-09-30T08:01+0400
2023-09-30T08:01+0400
2023-09-30T08:01+0400
ukrayna
rusiya
italiya
səfir
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130097_0:160:3072:1888_1920x0_80_0_0_9787a412fd0e15045a77d08eb104f5f9.jpg
BAKI, 30 sentyabr — Sputnik. İtaliyalıların əksəriyyəti Ukrayna münaqişəsinin tez bir zamanda dayandırılmasını, sanksiyaların ləğvini və Rusiya Federasiyası ilə qarşılıqlı faydalı dialoqa qayıtmağı istəyir. Rusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov "RİA Novosti" agentliyinə müsahibəsində bu barədə danışıb. "İtaliya vətəndaş cəmiyyəti, inzibati vəzifə tutmayan adi vətəndaşlarla ünsiyyətimiz bizi italyan xalqının müdrikliyinə, sağlam düşüncəsinə və açıqlığına inandırır. İtalyanların əksəriyyəti birmənalı olaraq Rusiya ilə dostluq münasibətlərinin saxlanmasının tərəfdarıdır. Onlar Ukrayna münaqişəsinin tezliklə başa çatması, sanksiyaların ləğvi və əvvəlki konstruktiv və qarşılıqlı faydalı dialoqa qayıtmaqdan başqa bir şey istəmirlər", - deyə diplomat qeyd edib. Paramonovun sözlərinə görə, katoliklər və antimilitarist baxışların tərəfdarları olan bir çox italyanlar Papa Fransiskin humanist və balanslı mövqeyinə qulaq asırlar. "Onlar onun diplomatik səylərini dəstəkləyir və çox yaxşı başa düşürlər ki, Ukraynadakı münaqişə İtaliya və digər Qərb ölkələrinin Kiyevə böyük miqdarda silah və digər hərbi yardım göndərdiyinə görə bitmir", - deyə agentliyin həmsöhbəti bildirib. Səfir, həmçinin xatırladıb ki, yayda yerli fəallar Kiyev rejiminə silah tədarükünün dayandırılması məsələsi ilə bağlı İtaliyada xalq referendumuna nail olmağa çalışıblar. "Tam informasiya boykotuna baxmayaraq, onlar 400 minə yaxın imza toplaya biliblər ki, bu da İtaliya cəmiyyətindəki əhval-ruhiyyədən xəbər verir", - deyə Paramonov bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1d/458130097_171:0:2902:2048_1920x0_80_0_0_ed92483109c2efcb625160c8d141cda8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
ukrayna, italiya, səfir
İtalyanların əksəriyyəti Ukrayna münaqişəsinin tezliklə bitməsini istəyir - Rusiya səfiri
İtalyanların əksəriyyəti birmənalı olaraq Rusiya ilə dostluq münasibətlərinin saxlanmasının tərəfdarıdır.
BAKI, 30 sentyabr — Sputnik. İtaliyalıların əksəriyyəti Ukrayna münaqişəsinin tez bir zamanda dayandırılmasını, sanksiyaların ləğvini və Rusiya Federasiyası ilə qarşılıqlı faydalı dialoqa qayıtmağı istəyir.
Rusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov "RİA Novosti" agentliyinə müsahibəsində bu barədə danışıb.
"İtaliya vətəndaş cəmiyyəti, inzibati vəzifə tutmayan adi vətəndaşlarla ünsiyyətimiz bizi italyan xalqının müdrikliyinə, sağlam düşüncəsinə və açıqlığına inandırır. İtalyanların əksəriyyəti birmənalı olaraq Rusiya ilə dostluq münasibətlərinin saxlanmasının tərəfdarıdır. Onlar Ukrayna münaqişəsinin tezliklə başa çatması, sanksiyaların ləğvi və əvvəlki konstruktiv və qarşılıqlı faydalı dialoqa qayıtmaqdan başqa bir şey istəmirlər", - deyə diplomat qeyd edib.
Paramonovun sözlərinə görə, katoliklər və antimilitarist baxışların tərəfdarları olan bir çox italyanlar Papa Fransiskin humanist və balanslı mövqeyinə qulaq asırlar. "Onlar onun diplomatik səylərini dəstəkləyir və çox yaxşı başa düşürlər ki, Ukraynadakı münaqişə İtaliya və digər Qərb ölkələrinin Kiyevə böyük miqdarda silah və digər hərbi yardım göndərdiyinə görə bitmir", - deyə agentliyin həmsöhbəti bildirib.
Səfir, həmçinin xatırladıb ki, yayda yerli fəallar Kiyev rejiminə silah tədarükünün dayandırılması məsələsi ilə bağlı İtaliyada xalq referendumuna nail olmağa çalışıblar. "Tam informasiya boykotuna baxmayaraq, onlar 400 minə yaxın imza toplaya biliblər ki, bu da İtaliya cəmiyyətindəki əhval-ruhiyyədən xəbər verir", - deyə Paramonov bildirib.