https://sputnik.az/20230930/bakidan-xankendine-novbeti-humanitar-yardim-yola-salinib-458982898.html
Azərbaycan növbəti tibbi yardım briqadasını Xankəndiyə yola salıb
Azərbaycan növbəti tibbi yardım briqadasını Xankəndiyə yola salıb
Sputnik Azərbaycan
Bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilib. 30.09.2023, Sputnik Azərbaycan
2023-09-30T21:00+0400
2023-09-30T21:00+0400
2023-09-30T21:38+0400
xankəndi
qarabağ
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458914808_0:160:3072:1888_1920x0_80_0_0_a9aee2e9b03108f1b5e5aba30a504008.jpg
BAKI, 30 sentyabr — Sputnik. Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb.Bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilir.Təcili Tibbi Yardım briqadası Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.Qeyd edək ki, lokal xarakterli antiterror tədbirindən sonra Qarabağda yaşayan erməni sakinlərinin ehtiyaclarını ödəmək məqsədilə yanacaq, ərzaq və digər təminatlarla yanaşı əhalinin zəruri tibbi ehtiyaclarının ödənilməsi işləri də diqqətdə saxlanılır. Sentyabrın 30-da yola salınan təcili tibbi yardım briqdasının göndərilməsi də bu məqsədlə həyata keçirilir.26.09.23, 10:56Bakıdan Xankəndinə növbəti humanitar yardım yola salınıbSentyabrın 26-da Bakıdan Xankəndinə növbəti humanitar yardım göndərilib. Sputnik Azərbaycan-ın məlumatına görə, 4 yük maşınından ibarət humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə salınıb. Yardıma 40 ton un, gigiyenik vasitələr, yataq dəstləri daxildir. Həmçinin, növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır. Xatırladaq ki, sentyabrın 22-də də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb və yardımı ünvanına çatdırıb. Bundan əlavə, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Qarabağ bölgəsinin erməniəsilli əhalisi üçün 1 000 yerlik çadırlar qurub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/17/458914808_171:0:2902:2048_1920x0_80_0_0_a8bfbafffe866ee5197ab42b8596b652.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xankəndi
Azərbaycan növbəti tibbi yardım briqadasını Xankəndiyə yola salıb
21:00 30.09.2023 (Yenilənib: 21:38 30.09.2023) Bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilib.
BAKI, 30 sentyabr — Sputnik. Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb.
Bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilir.
Təcili Tibbi Yardım briqadası Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Qeyd edək ki, lokal xarakterli antiterror tədbirindən sonra Qarabağda yaşayan erməni sakinlərinin ehtiyaclarını ödəmək məqsədilə yanacaq, ərzaq və digər təminatlarla yanaşı əhalinin zəruri tibbi ehtiyaclarının ödənilməsi işləri də diqqətdə saxlanılır. Sentyabrın 30-da yola salınan təcili tibbi yardım briqdasının göndərilməsi də bu məqsədlə həyata keçirilir.
Bakıdan Xankəndinə növbəti humanitar yardım yola salınıb
Sentyabrın 26-da Bakıdan Xankəndinə növbəti humanitar yardım göndərilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, 4 yük maşınından ibarət humanitar yardım Ağdam-Əsgəran-Xankəndi yolu ilə salınıb.
Yardıma 40 ton un, gigiyenik vasitələr, yataq dəstləri daxildir.
Həmçinin, növbəti təcili tibbi yardım maşını Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində yaralanan şəxslərə tibbi ləvazimatlar aparır.
Xatırladaq ki, sentyabrın 22-də də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb və yardımı ünvanına çatdırıb. Bundan əlavə, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi Qarabağ bölgəsinin erməniəsilli əhalisi üçün 1 000 yerlik çadırlar qurub.