QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sərsəng su anbarına Azərbaycan nəzarət edir

Sərsəng su anbarı - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Abunə olmaq
Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu - 50,25 km-dir.
BAKI, 29 sentyabr — Sputnik. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarı da bizim nəzarətimizə keçib.
"Artıq su anbarının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.
1976-cı ildə Tərtərçay çayının üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib.
Anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln.kbm-dir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu - 50,25 km-dir.
Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq", - qeyd olunub.
Xəbər lenti
0