Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qadağanın tez bir zamanda aradan qaldırılması ilə bağlı gözləntilər əbəsdir - Şulqinov

© AP Photo / Michael ProbstDizel
Dizel - Sputnik Azərbaycan, 1920, 29.09.2023
Abunə olmaq
Rusiyanın energetika naziri bildirib ki, yanacaq satıcıları bazarda vəziyyət normallaşandan sonra da xarici bazarlarda benzin və dizel satmaq imkanını itirəcək.
BAKI, 29 sentyabr — Sputnik. Rusiyanın Energetika Nazirliyi hesab edir ki, yanacağın ixracına qoyulan qadağanın tezliklə aradan qaldırılması ilə bağlı gözləntilər boşunadır, bu tədbir yanacaq tədarükü və qiymətlər sabitləşənə qədər qüvvədə qalacaq. Bu barədə TASS-a energetika naziri Nikolay Şulqinov məlumat verib.
"Biz digər idarələr və şirkətlərlə birlikdə əlavə əməliyyat tədbirlərinin mümkün qəbulu üçün gündəlik olaraq bazara nəzarət edirik. Yanacağın ixracına qoyulan qadağanın tez bir zamanda aradan qaldırılması ilə bağlı gözləntilər əbəsdir. Bu tədbir yanacağın tədarükünü və qiymətlərini sabitləşdirmək üçün lazım olan qədər davam edəcək", - deyə o qeyd edib.
Onun sözlərinə görə, yanacaq satıcıları bazarda vəziyyət normallaşandan sonra da xarici bazarlarda benzin və dizel satmaq imkanını itirəcək.
"Vəziyyət normallaşsa belə, öz resurslarından məhsul istehsal etməyən, bazardan alan satıcılar və təchizatçılar üçün ixrac imkanı qalmayacaq. Bu, bütün neft məhsullarına aiddir. Bu gün birjadan qeyri-sinfi yanacaq şəklində ixraca satmaq üçün mal alanlar bunu edə bilməyəcəklər".
Şulqinov vurğulayıb ki, Energetika Nazirliyi yanacaq bazarını tənzimləyərkən istehlakçıların və istehsalçıların maraqları arasında balansın olmasının tərəfdarıdır.
"Bizim üçün əsas məsələ daxili bazarı həm maya dəyəri, həm də həcm baxımından təmin etməkdir. Xüsusilə fermerlər üçün. Amma bu məsələdə istehlakçıların maraq balansı da vacibdir", - o əlavə edib.
Xəbər lenti
0