https://sputnik.az/20230928/rusiya-xn-ermenistanin-bu-qerari-iki-olke-arasindaki-munasibetler-ucun-menfidir-459087537.html
Rusiya XİN: Ermənistanın bu qərarı iki ölkə arasındakı münasibətlər üçün mənfidir
Rusiya XİN: Ermənistanın bu qərarı iki ölkə arasındakı münasibətlər üçün mənfidir
Sputnik Azərbaycan
İrəvanın ikitərəfli saziş bağlamaq təşəbbüsü nəzərdən keçirilib, Moskva hər iki tərəfə uyğun ola biləcək kompromis variantı təklif edib. 28.09.2023, Sputnik Azərbaycan
2023-09-28T21:51+0400
2023-09-28T21:51+0400
2023-09-28T21:51+0400
rusiya xin
rusiya
ermənistan
roma
beynəlxalq cinayət məhkəməsi
moskva
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_0:0:3640:2048_1920x0_80_0_0_2c693dd1c0c0c79ea4c1e5f8437ee984.jpg
BAKI, 28 sentyabr — Sputnik. Ermənistan tərəfindən ı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etmək qərarı ikitərəfli münasibətlər üçün çox pis nəticələrə səbəb olacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən RİA Novosti-yə məlumat verilib. "Erməni tərəfdaşlara ilkin olaraq belə bir mövqe bildirilib ki, Ermənistanın BCM-nin Roma Əsasnaməsini ratifikasiya etməsi bu strukturun Rusiyanın ali rəhbərliyinə "həbs orderi" verdiyi şəraitdə qəbuledilməzdir", - deyə XİN-dən bildirilib. Qeyd olunur ki, İrəvanın ikitərəfli saziş bağlamaq təşəbbüsü nəzərdən keçirilib, Moskva hər iki tərəfə uyğun ola biləcək kompromis variantı təklif edib. "Təəssüf ki, bu nəzərə alınmadı və əvəzində Ermənistanda Roma Nizamnaməsinin ratifikasiyası lehinə siyasi qərar qəbul edildi", - deyə XİN qeyd edib. Xarici İşlər Nazirliyi hesab edir ki, Ermənistan hakimiyyətinin qərarı "ikitərəfli münasibətlər üçün çox pis nəticələrə səbəb olacaq. "Ermənistan nümayəndələrinin BCM-ə qoşulmasının guya Rusiya-Ermənistan əlaqələrinə heç bir təsir göstərməyəcəyi ilə bağlı irəli sürdüyü tezis reallığa uyğun gəlmir. Ən azı, Rusiya rəhbərliyinin respublikaya səfərini təsəvvür etmək çətindir", - Xarici İşlər Nazirliyi bildirir. Rusiya XİN qeyd edib ki, Moskva Ermənistan Milli Assambleyasında Ermənistan-Rusiya münasibətləri üçün açıq-aşkar zəhərli qərara "möhür" vurmayacaq ayıq düşüncəli qüvvələrin olacağına ümid edir. Moskvanın yurisdiksiyasını tanımadığı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) məhkəməyə qədərki palatası mart ayında Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_370:0:3101:2048_1920x0_80_0_0_2e89c8729993d0d753d3d95fe89af791.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, ermənistan, roma, beynəlxalq cinayət məhkəməsi, moskva
rusiya xin, ermənistan, roma, beynəlxalq cinayət məhkəməsi, moskva
Rusiya XİN: Ermənistanın bu qərarı iki ölkə arasındakı münasibətlər üçün mənfidir
İrəvanın ikitərəfli saziş bağlamaq təşəbbüsü nəzərdən keçirilib, Moskva hər iki tərəfə uyğun ola biləcək kompromis variantı təklif edib.
BAKI, 28 sentyabr — Sputnik. Ermənistan tərəfindən ı Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etmək qərarı ikitərəfli münasibətlər üçün çox pis nəticələrə səbəb olacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən RİA Novosti-yə məlumat verilib.
"Erməni tərəfdaşlara ilkin olaraq belə bir mövqe bildirilib ki, Ermənistanın BCM-nin Roma Əsasnaməsini ratifikasiya etməsi bu strukturun Rusiyanın ali rəhbərliyinə "həbs orderi" verdiyi şəraitdə qəbuledilməzdir", - deyə XİN-dən bildirilib.
Qeyd olunur ki, İrəvanın ikitərəfli saziş bağlamaq təşəbbüsü nəzərdən keçirilib, Moskva hər iki tərəfə uyğun ola biləcək kompromis variantı təklif edib.
"Təəssüf ki, bu nəzərə alınmadı və əvəzində Ermənistanda Roma Nizamnaməsinin ratifikasiyası lehinə siyasi qərar qəbul edildi", - deyə XİN qeyd edib.
Xarici İşlər Nazirliyi hesab edir ki, Ermənistan hakimiyyətinin qərarı "ikitərəfli münasibətlər üçün çox pis nəticələrə səbəb olacaq.
"Ermənistan nümayəndələrinin BCM-ə qoşulmasının guya Rusiya-Ermənistan əlaqələrinə heç bir təsir göstərməyəcəyi ilə bağlı irəli sürdüyü tezis reallığa uyğun gəlmir. Ən azı, Rusiya rəhbərliyinin respublikaya səfərini təsəvvür etmək çətindir", - Xarici İşlər Nazirliyi bildirir.
Rusiya XİN qeyd edib ki, Moskva Ermənistan Milli Assambleyasında Ermənistan-Rusiya münasibətləri üçün açıq-aşkar zəhərli qərara "möhür" vurmayacaq ayıq düşüncəli qüvvələrin olacağına ümid edir.
Moskvanın yurisdiksiyasını tanımadığı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) məhkəməyə qədərki palatası mart ayında Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verib.