https://sputnik.az/20230928/rusiya-svece-nota-verib-459073037.html
Rusiya İsveçə nota verib
Rusiya İsveçə nota verib
Sputnik Azərbaycan
Rusiya İsveçdəki Karlsvik rayonunda sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidəyə qarşı vandalizm törədənləri tapılıb cəzalandırılması tələb olunub 28.09.2023, Sputnik Azərbaycan
2023-09-28T13:36+0400
2023-09-28T13:36+0400
2023-09-28T13:36+0400
rusiya
rusiya
isveç
nota
xin
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446836725_0:160:3072:1888_1920x0_80_0_0_5aac772e2070c6b2ca109f9c1b0643e0.jpg
BAKI, 28 sentyabr — Sputnik. Rusiyanın İsveçdəki səfirliyi bu ölkənin şimalındakı Karlsvik rayonunda sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidəyə qarşı vandalizm aktı ilə əlaqədar Krallığın Xarici İşlər Nazirliyinə (XİN) nota verib. "Report" xəbər verir ki, bu barədə diplomatik missiya teleqram kanalında məlumat yayıb. Məlumatda qeyd olunub ki, Rusiya öz tərəfindən İsveç XİN-ə müvafiq nota verib: "Abidənin ilkin görkəminə qaytarılması, hadisənin araşdırılması, günahkarların tapılıb cəzalandırılması, İsveçdə sovet dönəminin hərbi məzarlarının təhlükəsizliyinin təmin edilməsini tələb edirik". Səfirlik hadisənin təfərrüatlarını açıqlamayıb. Güman edilir ki, abidə boya ilə rənglənib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1d/446836725_171:0:2902:2048_1920x0_80_0_0_f1e13aa14b2f94284f49de09958cdcdb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, isveç, nota, xin
Rusiya İsveçə nota verib
Rusiya İsveçdəki Karlsvik rayonunda sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidəyə qarşı vandalizm törədənləri tapılıb cəzalandırılması tələb olunub
BAKI, 28 sentyabr — Sputnik. Rusiyanın İsveçdəki səfirliyi bu ölkənin şimalındakı Karlsvik rayonunda sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidəyə qarşı vandalizm aktı ilə əlaqədar Krallığın Xarici İşlər Nazirliyinə (XİN) nota verib.
"Report" xəbər verir ki, bu barədə diplomatik missiya teleqram kanalında məlumat yayıb. Məlumatda qeyd olunub ki, Rusiya öz tərəfindən İsveç XİN-ə müvafiq nota verib: "Abidənin ilkin görkəminə qaytarılması, hadisənin araşdırılması, günahkarların tapılıb cəzalandırılması, İsveçdə sovet dönəminin hərbi məzarlarının təhlükəsizliyinin təmin edilməsini tələb edirik".
Səfirlik hadisənin təfərrüatlarını açıqlamayıb. Güman edilir ki, abidə boya ilə rənglənib.