https://sputnik.az/20230928/baki-uzre-usaq-bagcalarinda-bos-qalan-yerler-aciqlanib-459067195.html
Bakı üzrə uşaq bağçalarında boş qalan yerlər açıqlanıb
Bakı üzrə uşaq bağçalarında boş qalan yerlər açıqlanıb
Sputnik Azərbaycan
2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 344 məktəbəqədər təhsil müəssisəsinə 34 995 uşaq cəlb olunub. 28.09.2023, Sputnik Azərbaycan
2023-09-28T11:48+0400
2023-09-28T11:48+0400
2023-09-28T11:49+0400
uşaq bağçaları
paytaxt xəbərləri
bakı
boş qalan vəzifələr
boş iş yerləri
bakı şəhəri üzrə təhsil idarəsi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/16/437499728_501:89:3105:1554_1920x0_80_0_0_e23d414a7b8009acd05c0c7c9dd26305.jpg
BAKI, 28 sentyabr — Sputnik. Paytaxt üzrə məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə uşaqların qəbulu ilə bağlı məlumat açıqlanıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, valideynlər övladlarının məktəbəqədər təhsil müəssisələrinə qəbul olunması üçün qeyd olunan yaş qrupları üzrə www.bq.edu.az saytı vasitəsilə növbəyə yazıla bilərlər. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron qaydada müraciət edərkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Müraciətlərin sorğuya çevrilməsi minimum 5 gündən sonra həyata keçirilir. Müraciət sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq. Onu da qeyd edək ki, 2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 344 məktəbəqədər təhsil müəssisəsinə 34 995 uşaq cəlb olunub. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/16/437499728_374:0:3105:2048_1920x0_80_0_0_19d677ea6a6564aa640ab6cadc064bbd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
uşaq bağçaları, bakı, boş qalan vəzifələr, boş iş yerləri, bakı şəhəri üzrə təhsil idarəsi
uşaq bağçaları, bakı, boş qalan vəzifələr, boş iş yerləri, bakı şəhəri üzrə təhsil idarəsi
Bakı üzrə uşaq bağçalarında boş qalan yerlər açıqlanıb
11:48 28.09.2023 (Yenilənib: 11:49 28.09.2023) 2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 344 məktəbəqədər təhsil müəssisəsinə 34 995 uşaq cəlb olunub.
BAKI, 28 sentyabr — Sputnik. Paytaxt üzrə məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə uşaqların qəbulu ilə bağlı məlumat açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, valideynlər övladlarının məktəbəqədər təhsil müəssisələrinə qəbul olunması üçün qeyd olunan yaş qrupları üzrə www.bq.edu.az saytı vasitəsilə növbəyə yazıla bilərlər.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron qaydada müraciət edərkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Müraciətlərin sorğuya çevrilməsi minimum 5 gündən sonra həyata keçirilir. Müraciət sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.
Onu da qeyd edək ki, 2023-2024-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 344 məktəbəqədər təhsil müəssisəsinə 34 995 uşaq cəlb olunub.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin tabeliyinə verilib.