Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova: Qarabağda vəziyyət çətin olaraq qalır

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 27.09.2023
Abunə olmaq
O, həmçinin Xankəndi yaxınlığındakı yanacaq-sürtkü yağları anbarında baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
BAKI, 27 sentyabr — Sputnik. Moskva Azərbaycanın Qarabağ bölgəsində benzin anbarının partlaması nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir.
Bunu çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Biz görürük ki, Qarabağda vəziyyət çətin olaraq qalır... Regiondakı əsas sabitləşdirici mexanizm öz vəzifəsini fədakarlıqla yerinə yetirən Rusiya sülhməramlı kontingenti olaraq qalır", - deyə Zaxarova qeyd edib.
O, həmçinin Xankəndi yaxınlığındakı yanacaq-sürtkü yağları anbarında baş verən partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Rusiya sülhməramlıları yanğının söndürülməsində və yaralı sakinlərə yardım göstərilməsində, o cümlədən onların təxliyyəsində fəal iştirak ediblər. Diplomat əminliklə bildirib ki, Rusiya əhalinin normal həyatını təmin etmək üçün bundan sonra da hər cür səy göstərəcək.
Xatırladaq ki, sentyabrın 25-də Xankəndi yaxınlığındakı yanacaq-sürtkü yağları anbarında partlayış, ardınca isə yanğın baş verib. Son məlumatlara görə, partlayış nəticəsində 68 nəfər həlak olub.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Qarabağın erməni əhalisinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da yerli xarakterli antiterror tədbirlərinin aşağıdakı şərtlərlə dayandırılması barədə razılıq əldə olunub: Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Eyni zamanda, Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Xəbər lenti
0