Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Xüsusi hərbi əməliyyata nəyin səbəb olması tam aydın olur - Peskov

© Sputnik / Евгений ОдиноковRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov  - Sputnik Azərbaycan, 1920, 27.09.2023
Abunə olmaq
ABŞ-ın o zamankı dövlət katibi Hillari Klinton Rusiya xarici işlər naziri Sergey Lavrova Vaşinqtonla Moskva arasında münasibətlərin yenidən başlamanı simvolizə edən düyməni hədiyyə edib.
BAKI, 27 sentyabr — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun Rusiya dövlət başçısı Vladimir Putinin NATO-nun genişlənməsində "günahı" ilə bağlı bəyanatını şərh edərkən Qərbin Moskva üçün təhlükəsizlik təminatlarını müzakirə etməkdən qəti şəkildə imtina etdiyini xatırladıb.
"Xanım Klinton bizim aramızda hər şeyi alt-üst etmək və konsepsiyaları əvəz etmək cəhdləri ilə tanınır" - Kreml nümayəndəsi deyib.
Reuters xəbər verir ki, Hillari Klinton Dövlət Departamentində çıxış edərkən Vladimir Putinə adı ilə müraciət edərək, NATO-nun genişlənməsini Putinin istədiyini deyib.
"Prezident Putinin hərəkətlərinin ardıcıllığına gəlincə, biz xanım Klintona NATO-nun çoxsaylı genişlənməsi dalğalarını və alyansın hərbi infrastrukturunun sərhədlərimizə yaxınlaşmasını, daha sonra Putinin Qərb ölkələrinə bu vəziyyəti müzakirə etmək və nizamlamaq üçün israrlı təklifini xatırlatmalıyıq. Burada həm də xüsusi hərbi əməliyyata nəyin səbəb olması tam aydın olur", - Peskov bildirib.
O, 2009-cu ildə baş vermiş hadisəni də xatırladıb. ABŞ-ın o zamankı dövlət katibi Hillari Klinton Rusiya xarici işlər naziri Sergey Lavrova Vaşinqtonla Moskva arasında münasibətlərin yenidən başlamanı simvolizə edən düyməni hədiyyə edib.
"Ancaq "yenidən başlama" sözünün əvəzinə səhvən "həddindən artıq yükləmə" yazılıb. Aydındır ki, bu, qəsdən edilən səhvdir", - Rusiya liderinin mətbuat katibi qeyd edib.
Xəbər lenti
0