Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: "Regionda kommunikasiyaların açılması Türkiyə və İranın xeyrinə olacaq"

© Sputnik / Максим БлиновRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.09.2023
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, ölkələrin maraqlarının balanslaşdırılmasına əsaslanan belə razılaşmalar Rusiya, Türkiyə və İrana fayda verəcək.
BAKI, 27 sentyabr — Sputnik. "Regionda nəqliyyat əlaqələrinin açılması Rusiya, Türkiyə və İranın xeyrinə olacaq".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsi Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrup tərəfindən diqqətli şəkildə nəzərdən keçirilir. Əminik ki, məhz bu formatda hər bir ölkənin ərazisindən keçən marşrutlar üzərində suverenliyini və yurisdiksiyasını təmin edəcək qarşılıqlı məqbul həll yolu tapıla bilər və tapılmalıdır. Ölkələrin maraqlarının balanslaşdırılmasına əsaslanan belə razılaşmalar həm region dövlətlərinə, həm də qonşularına, o cümlədən Rusiya, Türkiyə və İrana fayda verəcək" - o, vurğulayıb.
Московский Кремль - Sputnik Azərbaycan, 1920, 27.09.2023
RUSİYA
Moskva Ermənistanla bütün razılaşmaların yerinə yetiriləcəyini gözləyir - Rusiya XİN
Xəbər lenti
0