Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Vardanyanın saxlanılmasına reaksiya verdi

© AFP 2024 / ALEXANDER NEMENOVВид на Кремль
Вид на Кремль - Sputnik Azərbaycan, 1920, 27.09.2023
Abunə olmaq
Putinin sözçüsü bildirib ki, əgər Vardanyanın Rusiya vətəndaşlığı varsa, o zaman Rusiyada onun hüquqları qorunacaq.
BAKI, 27 sentyabr - Sputnik. Kreml erməni əsilli iş adamı, Azərbaycan ərazisinə qeyri-qanuni gələrək qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ruben Vardanyanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb, Bakıya gətirilməsinə münasibət bildirib.
Kremlin sözçüsü Dmitri Peskov onda belə bir məlumatın olmadığını söyləyib.
“Yox, məndə belə bir məlumat yoxdur, ona görə də bu barədə heç nə deyə bilmərəm... Onun saxlanmasından xəbərim yoxdur. Kim saxlanılıb, ümumiyyətlə saxlanılıbmı və onun Rusiya vətəndaşlığı varmı bilmirəm”, - Kremlin sözçüsü Vardanyanın saxlanması ilə bağlı yayılan xəbərləri APA-ya şərh edərkən deyib.
Eyni zamanda o əlavə edib ki, əgər Vardanyanın Rusiya vətəndaşlığı varsa, o zaman Rusiyada onun hüquqları qorunacaq.
Vardanyanın saxlanması
Qeyd edək ki, sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.
Bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.
"Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib. Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib" - məlumatda deyilir.
Vardanyan 2022-ci ilin noyabrında qondarma rejimin dövlət naziri təyin edilib və 2023-cü ilin fevralında vəzifəsindən kənarlaşdırılıb. Rusiyalı iş adamı Vardanyan "Troyka Dialoq" şirkətinin təsisçisi və "Skolkovo" idarəetmə məktəbinin ilk prezidentidir. Ötən ilin sentyabrında Vardanyan Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək niyyətində olduğunu bəyan edib.
Onu Qarabağ separatçılarının "pul kisəsi" adlandırırdılar. Hesab edilirdi ki, Vardanyan Rusiyada qazandığı milyardlarla Qarabağın müstəqil subyekt kimi tanınmasına yardım edəcək. Onu "Qarabağın İvanişvilisi (Bidzina İvanişvili - Gürcüstanın sabiq baş naziri-red.)" adlandıranlar da vardı.
Xəbər lenti
0