Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

"Ka-52"-lər USQ üçün ən dəhşətli texnikaya çevriliblər

© Sputnik / Ministry of Defence of the Russian Federation / Mediabanka keçidKa-52
Ka-52 - Sputnik Azərbaycan, 1920, 27.09.2023
Abunə olmaq
"Ka-52" hücum helikopterləri yüksək manevr qabiliyyəti, güclü zireh və tank əleyhinə raketləri ilə seçilirlər.
BAKI, 26 sentyabr — Sputnik. Rusiya qoşunlarının "Ka-52" hücum helikopterləri Ukrayna Silahlı Qüvvələrinin hücumlarının dəf edilməsində həlledici rol oynayırlar.
Bu sözləri ABŞ ordusunun təqaüddə olan polkovniki Cian Centayl "Business Insider"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, ukraynalı hərbçilər helikopterə "yırtıcı quş" ləqəbini veriblər. Onlar yüksək manevr qabiliyyəti, güclü zireh və tank əleyhinə raketləri ilə seçilirlər.
Centayl, həmçinin yüksək dəqiqlikli raket sistemlərini "dəhşətli silahlar" siyahısına daxil edib. Ekspertin fikrincə, Rusiya Federasiyası yeni müharibə şəraitinə uyğunlaşa bilib. Hazırda GPS texnologiyaları, kəşfiyyat pilotsuz təyyarələri və dəqiq idarə olunan raketlərdən istifadə etməklə artilleriya dəqiqliyinin artırılmasından danışmaq olar.
Polkovnik, yüksək keyfiyyətli elektron döyüş bölmələrini də xüsusi qeyd edib. Centayl bəyan edib ki, hərbi əməliyyatlar zamanı Rusiya Federasiyasının PUA-nın rabitə və idarəetmə sistemi ilə manipulyasiya edərək dronları sıradan çıxarmaq qabiliyyəti xeyli artıb.
Qeyd edək ki, əvvəllər Ukraynanın bu yay başlatdığı əks-hücumun uğursuzluqla nəticələndiyi dəfələrlə bildirilib. Hazırda Kiyev tərəfindən əks-hücuma atılan Ukrayna Silahlı Qüvvələrinin demək olar ki, bütün bölmələri döyüş effektivliyini itirib.
Xəbər lenti
0