https://sputnik.az/20230927/ermenistan-rehberliyi-abs-a-arxalanan-olkelerin-taleyini-xatirlamalidir-459060328.html
Ermənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin taleyini xatırlamalıdır
Ermənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin taleyini xatırlamalıdır
Sputnik Azərbaycan
Lavrov deyib ki, Ermənistanda Rusiyanı itirmək və yeni dostlar qazanmaq istəyən çoxlu insan var. 27.09.2023, Sputnik Azərbaycan
2023-09-27T19:50+0400
2023-09-27T19:50+0400
2023-09-27T19:57+0400
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
ermənistan
abş
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/457994736_0:0:2995:1685_1920x0_80_0_0_943cd552a236e7a14ff404b87c4ccf02.jpg
BAKI, 27 sentyabr - Sputnik. Ermənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin qibtə edilməyəcək taleyini xatırlamalıdır.Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.O, "Ermənistanın Rusiyanı itirməsi baş verə bilərmi" sualına cavabında deyib ki, İrəvanda bir neçə aparıcı siyasətçi oxşar ssenarinin baş verməsini istəyir və Qərbə baxır. “Bilirsiniz, orada Rusiyanı itirmək və yeni dostlar qazanmaq istəyən çoxlu insan var”, - deyə nazir bildirib. "Əgər onlar birbaşa olaraq Ermənistan rəhbərliyinin bir çox nümayəndələrinin bəyanatlarından da göründüyü kimi ABŞ-a arxalanırlarsa, onda bəlkə də yaxın tarixə nəzər salsalar yaxşı olar. Onda görərlər ki, Birləşmiş Ştatlar Amerika sahillərindən uzaq dünyanın ərazilərində öz geosiyasi maraqlarını təşviq etmək üçün öz qanadı altına almaq istədiyi şəxslərlə necə davranır. Bütün bu insanların taleyi çox-çox qibtəedilməzdir" - Lavrov əlavə edib. O, vurğulayıb ki, istənilən halda geosiyasi baxımdan Rusiya Federasiyasının Zaqafqaziyadakı maraqlarını nəzərdən qaçırmaq olmaz.Rusiya diplomatiyasının rəhbəri həmçinin deyib: “Tarixi, coğrafi, geosiyasi baxımdan Rusiyanın Zaqafqaziyadakı maraqlarına tamamilə məhəl qoymamaq anlamında onu itirmək mümkün deyil. Amma İrəvandakı bəzi liderlər belə ümidlər bəsləyirlər və bu barədə birbaşa danışırlar".Lavrov xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyanın “öz təhlükəsizliyinin təmin edilməsi baxımından Ermənistanın ümid etdiyi uğursuz müttəfiqlikləri kompensasiya etmək, bu təhlükəsizliyi təmin edəcək tərəfdaşlar dairəsini genişləndirmək zərurətini” bəyan edən son çıxışında da oxşar fikrin qeyd olunduğuna diqqət çəkib.İrəvanın son bəyanatları haqqındaBundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Paşinyanın 24 sentyabr tarixli müstəqillik günü mesajında Rusiya Federasiyasına qarşı qəbuledilməz hücumlar var və Moskva bu iddiaları rədd edir. Rusiya XİN-in də vurğuladığı kimi, Ermənistan hökumətinin başçısı faktiki olaraq bütün bu müddət ərzində respublikanın bilərəkdən Rusiyadan üz döndərməyə hazırlaşdığını etiraf edib.Sentyabrın 8-də Ermənistan səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona İrəvanın hərəkətləri ilə bağlı sərt təqdimat verilib. Bildirilib ki, Moskva bunu dostcasına hesab etmir.Eyni zamanda, Smolensk meydanında (Rusiya XİN) vurğulanıb ki, Moskva qəti şəkildə Rusiya və Ermənistanın müttəfiqlər olaraq qaldığına, münasibətlərin inkişafı və möhkəmləndirilməsi ilə bağlı bütün razılaşmaların iki ölkə xalqlarının mənafeyi naminə tam şəkildə həyata keçiriləcəyinə inanır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/18/457994736_157:0:2888:2048_1920x0_80_0_0_ab3a5d96fc1e8867ca9d39efeaa4ce21.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ermənistan, abş
sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, ermənistan, abş
Ermənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin taleyini xatırlamalıdır
19:50 27.09.2023 (Yenilənib: 19:57 27.09.2023) Lavrov deyib ki, Ermənistanda Rusiyanı itirmək və yeni dostlar qazanmaq istəyən çoxlu insan var.
BAKI, 27 sentyabr - Sputnik. Ermənistan rəhbərliyi ABŞ-a arxalanan ölkələrin qibtə edilməyəcək taleyini xatırlamalıdır.
Bunu TASS-a müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
O, "Ermənistanın Rusiyanı itirməsi baş verə bilərmi" sualına cavabında deyib ki, İrəvanda bir neçə aparıcı siyasətçi oxşar ssenarinin baş verməsini istəyir və Qərbə baxır.
“Bilirsiniz, orada Rusiyanı itirmək və yeni dostlar qazanmaq istəyən çoxlu insan var”, - deyə nazir bildirib.
"Əgər onlar birbaşa olaraq Ermənistan rəhbərliyinin bir çox nümayəndələrinin bəyanatlarından da göründüyü kimi ABŞ-a arxalanırlarsa, onda bəlkə də yaxın tarixə nəzər salsalar yaxşı olar. Onda görərlər ki, Birləşmiş Ştatlar Amerika sahillərindən uzaq dünyanın ərazilərində öz geosiyasi maraqlarını təşviq etmək üçün öz qanadı altına almaq istədiyi şəxslərlə necə davranır. Bütün bu insanların taleyi çox-çox qibtəedilməzdir" - Lavrov əlavə edib.
O, vurğulayıb ki, istənilən halda geosiyasi baxımdan Rusiya Federasiyasının Zaqafqaziyadakı maraqlarını nəzərdən qaçırmaq olmaz.
Rusiya diplomatiyasının rəhbəri həmçinin deyib: “Tarixi, coğrafi, geosiyasi baxımdan Rusiyanın Zaqafqaziyadakı maraqlarına tamamilə məhəl qoymamaq anlamında onu itirmək mümkün deyil. Amma İrəvandakı bəzi liderlər belə ümidlər bəsləyirlər və bu barədə birbaşa danışırlar".
Lavrov xüsusilə Ermənistanın baş naziri Nikol Paşinyanın “öz təhlükəsizliyinin təmin edilməsi baxımından Ermənistanın ümid etdiyi uğursuz müttəfiqlikləri kompensasiya etmək, bu təhlükəsizliyi təmin edəcək tərəfdaşlar dairəsini genişləndirmək zərurətini” bəyan edən son çıxışında da oxşar fikrin qeyd olunduğuna diqqət çəkib.
İrəvanın son bəyanatları haqqında
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Paşinyanın 24 sentyabr tarixli müstəqillik günü mesajında Rusiya Federasiyasına qarşı qəbuledilməz hücumlar var və Moskva bu iddiaları rədd edir.
Rusiya XİN-in də vurğuladığı kimi, Ermənistan hökumətinin başçısı faktiki olaraq bütün bu müddət ərzində respublikanın bilərəkdən Rusiyadan üz döndərməyə hazırlaşdığını etiraf edib.
Sentyabrın 8-də Ermənistan səfiri Vaqarşak Arutyunyan Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona İrəvanın hərəkətləri ilə bağlı sərt təqdimat verilib. Bildirilib ki, Moskva bunu dostcasına hesab etmir.
Eyni zamanda, Smolensk meydanında (Rusiya XİN) vurğulanıb ki, Moskva qəti şəkildə Rusiya və Ermənistanın müttəfiqlər olaraq qaldığına, münasibətlərin inkişafı və möhkəmləndirilməsi ilə bağlı bütün razılaşmaların iki ölkə xalqlarının mənafeyi naminə tam şəkildə həyata keçiriləcəyinə inanır.