Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakının Suraxanı qəsəbəsində su kəsiləcək

© Sputnik / Elvin Ahmadsu kranı
su kranı - Sputnik Azərbaycan, 1920, 27.09.2023
Abunə olmaq
Su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 27 sentyabrda Suraxanı qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
BAKI, 27 sentyabr — Sputnik. Bu gün Suraxanı qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
Məlumata görə, su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 27 sentyabr 2023-cü il tarixində Suraxanı qəsəbəsinin bir hissəsinə (İ.Şükürov, H.Bayramov, Z.Əliyev, E.Həsənov, M.Mustafayev, Ş.Mustafayev, X.Ələkbərov, A.Rzayev küçələri, 1849-cu keçid, 3-cü mədən ərazisi) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Xatırladaq ki, bundan öncə su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 25 sentyabr axşam saatlarından başlayaraq 26 sentyabr tarixində gün ərzində Zığ qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olub.
Xəbər lenti
0