QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Atalarının I Qarabağ savaşında yarımçıq qalan missiyasını iki övladı şərəflə davam etdirib

© Sputnik / Ilham MustafaVətən müharibəsi iştirakçısı Elvin Mədətov atası Şərif Mədətovla birgə
Vətən müharibəsi iştirakçısı Elvin Mədətov atası Şərif Mədətovla birgə - Sputnik Azərbaycan, 1920, 27.09.2023
Abunə olmaq
Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Şərif Mədətovun hər iki övladı 44 günlük savaşın döyüşçüləri olub.
BAKI, 27 sentyabr — Sputnik. İki il əvvəl ordumuz cəbhədə uğurları qazandıqca, Müdafiə Nazirliyi bu uğurlarda payı olan igidlər haqqında məlumat paylaşırdı. Döyüşlərin gedişində göstərdikləri qəhrəmanlığa görə təltif olunan ilk döyüşçülərimizdən biri də Qazax rayon Hüseynbəyli kənd sakini Elvin Mədətov idi. Bu münasibətlə Sputnik Azərbaycan-ın bölgə müxbiri həmin vaxt Mədətovlar ailəsilə görüşərək onların təəssüratlarını qələmə almışdı. Hazırda 44 günlük Vətən müharibəsinin ildönümündə Sputnik Azərbaycan yenə həmin ailənin qonağı olub.
Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Şərif Mədətovun hər iki övladı 44 günlük savaşın döyüşçüləri olub. Hər ikisi müharibəni ciddi xəsarət almadan zəfərlə başa vurub. Müddətdən artıq hərbi qulluqçu olan Elvin yenə hərbi xidmətini davam etdirir. İlkin isə müharibədən dönərək keçmiş işlərini bərpa etməyə çalışır.
© Sputnik / Ilham MustafaVətən müharibəsi iştirakçısı Elvin Mədətovun medalları
Elvin Mədətov  - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Vətən müharibəsi iştirakçısı Elvin Mədətovun medalları
Övladlarını vətənpərvər ruhda böyüdən Şərif Mədətov özünün I Qarabağ savaşında yarımçıq qalan missiyasını hər iki oğlunun davam etdirdiyinə görə çox qürurlu olduğunu söyləyib: “Mənim oğlumun ikisi də qürurla, nailiyyətlə bu müharibədə iştirak etdi. Biz oğlanlarımızla qürur duymuşuq. Nazirlikdən məlumat gələndə ki, oğlunuz 7 tank, 2 piyada döyüş maşını, bir müşahidə məntəqəsi vurub, çox sevindik, qürur duyduq. İkisi də alnıaçıq, üzüağ, torpaqlarımızın azad olunmasında mərd-mərdanə iştirak edərək evlərinə gəldilər”.
© Sputnik / Ilham MustafaVətən müharibəsi iştirakçısı Elvin Mədətov barədə qəzet yazıları
Elvin Mədətov  - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Vətən müharibəsi iştirakçısı Elvin Mədətov barədə qəzet yazıları
Elvin ilk döyüşə Cəbrayıl-Qubadlı-Zəngilan istiqamətindən qatılıb. Elə ilk günlərdə Müdafiə Nazirliyi onun silahdaşları Hünər və Rüfətlə birgə fotolarını təqdim edib. Onlar haqda məqalə dərc olunub. İndi o günləri Elvin belə xatırlayır:
“Hünər Məmmədov, Əsədullayev Rüfət və mən bir qrup şəklində irəliləyirdik. Öz heyətinlə, öz döyüş yoldaşlarınla irəli getmək çox gözəl hissdir. Torpaqlarımız alınanda biz çox sevinirdik. Evlə danışanda bildim ki, böyük qardaşım da döyüşlərə qatılıb. Bilsəm də ayrı-ayrı istiqamətlərdəyik, yenə gözüm axtarırdı. Yalnız müharibədən sonra görüşə bildik”.
© Sputnik / Ilham MustafaVətən müharibəsi iştirakçısı Elvin Mədətov ailəsi ilə birgə
Elvin Mədətov  - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Vətən müharibəsi iştirakçısı Elvin Mədətov ailəsi ilə birgə
Elvin Cəbrayıl, Qubadlı, Zəngilanın azad olunmasına görə və "Cəsur döyüşcü" medalları ilə təltif olunub. Medalları ilə bağlı fikirləri isə belədir: “Mən medallara görə döyüşməmişəm. Millətimizə, xalqımıza görə, işğalda olan torpaqlarımızı azad eləmək üçün döyüşmüşük. Bütün Azərbaycan Ordusu döyüşə sevinclə girirdi".
Qeyd edək ki, Müdafiə Nazirliyi əsgər Hünər Məmmədovun silahdaşları Elvin Mədətov və Rüfət Əsədullayevlə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmənin 7 tankını, 1 PDM-ni, 1 silah-sursat dolu avtomobil texnikasını və 2 müşahidə məntəqəsini məhv etməsini bildirmişdi.
Xəbər lenti
0